Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 7:1—17

MÜNDƏRİCAT

  • Sandıq Kiryat-Yarimdə (1)

  • İşmuil xalqı Yehovaya xidmət etməyə səsləyir (2—6)

  • İsraillilər Mispahda qələbə çalır (7—14)

  • İşmuil İsrailə hakimlik edir (15—17)

7  Kiryat-Yarim əhalisi gəlib Yehovanın sandığını apardı və Əbunədəbin təpədə olan evinə qoydu.+ Onun oğlu Əlyazarı Yehovanın sandığına keşikçi təyin etdilər.  Sandığın Kiryat-Yarimə gətirilməsindən xeyli müddət, düz iyirmi il keçdi. Bütün İsrail evi Yehovaya üz tutdu*.+  Onda İşmuil israillilərə dedi: «Əgər bütün qəlbinizlə Yehovaya dönürsünüzsə,+ onda yad ilahları,+ Əşturət bütlərini+ aranızdan rədd edin, ürəyinizi tərəddüd etmədən Yehovaya verin və yalnız Ona xidmət edin.+ O da sizi filiştlilərin əlindən qurtaracaq».+  İsraillilər Baalları və Əşturət bütlərini atdılar, təkcə Yehovaya xidmət etməyə başladılar.+  İşmuil dedi: «Bütün İsraili Mispaha toplayın.+ Mən sizin üçün Yehovaya dua edəcəyəm».+  Onlar Mispahda toplaşdılar, həmin gün quyudan su çəkib Yehovanın önündə yerə tökdülər və oruc tutdular+. Orada israillilər: «Biz Yehovaya qarşı günah etmişik»,+ — dedilər. İşmuil Mispahda israillilərin hakimi+ kimi xidmət etməyə başladı.  İsraillilərin Mispahda toplaşması xəbəri filiştlilərə çatdı. Filişt hakimləri+ qalxıb İsrailin üstünə yürüşə çıxdılar. İsraillilər bunu eşidəndə canlarına qorxu düşdü.  Onlar İşmuilə dedilər: «Dayanma, Allahımız Yehovaya yalvar. Qoy dadımıza çatıb+ bizi filiştlilərin əlindən qurtarsın».  İşmuil bir əmlik quzu götürüb yandırma qurbanı+ olaraq Yehovaya təqdim etdi və Yehovadan İsrail üçün imdad dilədi. Yehova ona cavab verdi.+ 10  İşmuil yandırma qurbanını təqdim edərkən İsraillə döyüşə gələn Filişt qoşunları yaxınlaşırdılar. Yehova həmin gün filiştlilərin üstünə şiddətli ildırım çaxdırdı,+ filiştlilərin arasına vəlvələ saldı.+ Beləliklə, filiştlilər İsrailin qarşısında yenildilər.+ 11  Onda israillilər Mispahdan çıxdılar, filiştliləri qıra-qıra Beyt-Qarın cənubuna qədər qovdular. 12  İşmuil bir daş götürüb+ Mispahla Yəşna arasına qoydu və «Yehova indiyə kimi dadımıza yetişib»,+ — deyərək adını İbnəzər* qoydu. 13  Beləliklə, filiştlilər susduruldu. Onlar bir də İsrail torpağına soxulmadılar.+ İşmuilin bütün ömrü boyu Yehovanın əli filiştlilərə qarşı oldu.+ 14  Filiştlilərin Ekrondan Cata qədər İsraildən aldığı şəhərlər İsrailə qayıtdı. İsrail bu şəhərlərə aid əraziləri də filiştlilərin əlindən aldı. Həmçinin İsraillə amorilərin arasında da sülh var idi.+ 15  İşmuil bütün ömrü boyu İsrailə hakimlik etdi.+ 16  O, hər il Beyteli+, Gilqalı+, Mispahı+ gəzir, bütün bu yerlərdə İsrailə hakimlik edirdi. 17  Amma sonra Ramaya+ qayıdırdı, çünki evi orada idi və orada da İsrailə hakimlik edirdi. İşmuil orada Yehovaya qurbangah tikdi.+

Haşiyələr

Yaxud fəryad etdi.
Mənası: kömək daşı.