Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 5:1—12

MÜNDƏRİCAT

  • Sandıq filiştlilərin ölkəsində (1—12)

    • Daqon alçaldılır (1—5)

    • Filiştlilərin üstünə bəla gəlir (6—12)

5  Filiştlilər Allahın sandığını ələ keçirəndən sonra+ onu İbnəzərdən Aşdoda apardılar.  Onlar Allahın sandığını Daqonun evinə aparıb Daqonun heykəlinin yanına qoydular.+  Ertəsi gün aşdodlular tezdən qalxanda gördülər ki, Daqonun heykəli Yehovanın sandığının qarşısında üzüstə yerə düşüb.+ Onlar Daqonu qaldırıb öz yerinə qoydular.+  Növbəti gün səhər tezdən duranda gördülər ki, Daqon yenə Yehovanın sandığının qarşısında üzüstə yerə yıxılıb, başı və əlləri biləkdən kəsilib kandara düşüb, təkcə balığa bənzər bədəni bütöv qalıb.  Buna görə də Daqon kahinləri və Daqonun evinə girənlər bu günədək Daqonun Aşdoddakı evinin kandarına ayaq basmırlar.  Yehovanın əli aşdodlulara qarşı qalxdı. O, Aşdodu ətraf ərazisi qarışıq babasil xəstəliyinə düçar edib camaatı böyük dərdə mübtəla etdi.+  Aşdodlular vəziyyəti belə görəndə dedilər: «İsrailin Allahının sandığı bizdə qalmasın, çünki Onun əli bizə və allahımız Daqona qarşı yaman qalxıb».  Beləcə, onlar xəbər göndərib bütün Filişt hakimlərini topladılar və onlardan soruşdular: «İsrailin Allahının sandığı ilə nə edək?» Onlar: «İsrailin Allahının sandığını Cata+ aparın», — dedilər. İsrailin Allahının sandığını ora apardılar.  Sandığı ora aparandan sonra Yehovanın əli o şəhərə qarşı qalxdı və şəhərdə vahimə yaratdı. O, böyükdən kiçiyə kimi şəhərin bütün əhalisini vurdu və onlarda babasil çıxdı.+ 10  Buna görə də Allahın sandığını Ekrona+ göndərdilər, amma Allahın sandığı ora çatar-çatmaz ekronlular haray-həşir qopardılar: «Onlar bizi və xalqımızı məhv etmək üçün İsrailin Allahının sandığını bura gətiriblər!»+ 11  Onlar xəbər göndərib bütün Filişt hakimlərini topladılar və dedilər: «İsrailin Allahının sandığını buradan uzaqlaşdırın, onu öz yerinə qaytarın ki, biz və xalqımız ölməyək». Bütün şəhəri ölüm qorxusu bürümüşdü. Allah onları bərk cəzalandırırdı.+ 12  Sağ qalanlar isə babasil xəstəliyinə düçar olmuşdu. Şəhərin fəryadı ərşə qalxmışdı.

Haşiyələr