Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 4:1—22

MÜNDƏRİCAT

  • Filiştlilər sandığı ələ keçirir (1—11)

  • Əli ilə oğulları ölür (12—22)

4  İşmuil Allahın sözünü bütün İsrailə çatdırırdı. O dövrdə İsrail filiştlilərlə döyüşməyə getdi. Onlar İbnəzərin yaxınlığında, filiştlilər* isə Əfiqdə düşərgə qurdular.  Filiştlilər İsraillə döyüşmək üçün düzüldülər. Döyüş ağır keçdi. Filiştlilər İsraili məğlub etdilər və döyüş meydanında dörd minə yaxın adamı qırdılar.  Döyüşçülər düşərgəyə qayıdanda İsrail ağsaqqalları dedilər: «Nəyə görə bu gün Yehova bizi filiştlilərə məğlub etdi?+ Gəlin Şilodan Yehovanın Əhd sandığını gətirək.+ Qoy yanımızda olsun və bizi düşmənin əlindən qurtarsın».  Beləcə, xalq Şiloya adam göndərib kərrublar üzərində* taxt quran+ ordular Allahı Yehovanın Əhd sandığını gətirtdi. Əlinin iki oğlu Hüfni və Fənhas+ da Əhd sandığının yanında idi.  Yehovanın Əhd sandığı düşərgəyə daxil olanda israillilər elə hayqırdılar ki, yer lərzəyə gəldi.  Filiştlilər hayqırtı səslərini eşidib dedilər: «İbranilərin düşərgəsindən gələn bu hayqırıqlar nədir belə?» Onlar öyrəndilər ki, israillilər Yehovanın sandığını düşərgəyə gətiriblər.  Filiştlilər qorxuya düşüb: «Allah düşərgəyə gəlib!»+ — dedilər. Onlar dedilər: «Vay bizim halımıza! Hələ indiyədək belə şey olmayıb!  Vay halımıza! Bu əzəmətli Allahın əlindən bizi kim qurtaracaq? O, səhrada misirliləri cürbəcür bəlalarla qırıb-tökən Allahdır.+  Ey filiştlilər, cəsur olun! Mərd dayanın ki, ibranilər sizə qulluq etdiyi kimi,+ siz onlara qulluq etməyəsiniz. Mərd olun, vuruşun!» 10  Filiştlilər vuruşub israilliləri məğlub etdilər.+ İsraillilərin hamısı öz çadırına qaçdı. Çox böyük qırğın oldu və İsrail tərəfindən 30 000 piyada döyüşçü həlak oldu. 11  Üstəlik, Allahın sandığı düşmən əlinə keçdi. Əlinin iki oğlu, Hüfni və Fənhas isə öldü.+ 12  Həmin gün bir binyaminli döyüş yerindən qaçaraq Şiloya gəldi. O, yaxasını cırmış, başına torpaq tökmüşdü.+ 13  O gələndə ürəyi Allahın sandığından ötrü əsən Əli yolun kənarında, kətildə oturub gözləyirdi.+ Həmin adam şəhərə girib vəziyyəti xəbər verəndə bütün şəhər fəryad qopardı. 14  Şivən səsini eşidən Əli: «Bu nə səs-küydür?» — deyə soruşdu. Həmin adam tez gəlib xəbəri Əliyə də söylədi. 15  (Əlinin doxsan səkkiz yaşı var idi, onun gözləri görmürdü.+) 16  O, Əliyə dedi: «Mən döyüş yerindən gəlirəm. Elə bu gün cəbhə xəttindən qaçmışam». Əli soruşdu: «Oğlum, nə baş verdi?» 17  Xəbər gətirən dedi: «İsraillilər filiştlilərin qabağından qaçdılar. Xalq böyük məğlubiyyətə uğradı.+ Sənin iki oğlun, Hüfni və Fənhas həlak oldu,+ Allahın sandığı isə düşmən əlinə keçdi».+ 18  Allahın sandığının adı çəkilən kimi Əli kətildən arxası üstə darvazanın yanına yıxıldı. O, qoca və kök olduğundan boynu sındı və öldü. Əli qırx il İsraildə hakimlik etmişdi. 19  Onun gəlini, Fənhasın arvadı hamilə idi, doğmağına az qalmışdı. Allahın sandığının düşmən əlinə keçdiyini və qayınatası ilə ərinin öldüyünü eşidəndə qəfildən onu sancı tutdu. O, sancıdan büküldü və doğdu. 20  Qadın can verəndə yanındakı qadınlar dedilər: «Qorxma, oğlun oldu». Amma o cavab vermədi, onların sözünə məhəl qoymadı. 21  Allahın sandığının ələ keçməsinə, qayınatası ilə ərinin ölümünə+ işarə edərək: «İsrailin şərəfi əsir düşdü»,+ — dedi və uşağın adını İkbud*+ qoydu. 22  O dedi: «İsrailin şərəfi əsir düşdü, çünki Allahın sandığı düşmən əlinə keçdi».+

Haşiyələr

Bəzi mənbələrə əsasən, filistimlilər.
Digər variant: arasında.
Mənası: şərəf haradadır?