Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 31:1—13

MÜNDƏRİCAT

  • Talutla üç oğlunun ölümü (1—13)

31  Filiştlilər israillilərlə vuruşdular.+ İsraillilər filiştlilərin önündən qaçdı. Çoxlu sayda israilli Gilbu dağında həlak oldu.+  Filiştlilər Talutla oğullarını sıxışdırdılar. Onlar Talutun oğulları+ Yonatanı+, Əbunədəbi və Məlkişunu öldürdülər.  Taluta qarşı döyüş şiddətləndi, oxçular onu tapıb ağır yaraladılar.+  Talut öz silahdarına dedi: «Qılıncını çək, məni vur. Yoxsa bu sünnətsizlər+ gəlib məni vuracaq, mənə işgəncə verəcəklər». Amma silahdarı bunu etmədi, çünki bərk qorxurdu. Onda Talut qılıncı götürüb özünü onun üstünə atdı.+  Silahdarı Talutun öldüyünü görəndə,+ o da özünü qılıncın üstünə atdı və Talutla birgə öldü.  Beləliklə, Talut, üç oğlu, silahdarı, onun bütün adamları həmin gün bir yerdə həlak oldu.+  Dərədəki, İordan bölgəsindəki israillilər İsrail döyüşçülərinin qaçdığını, Talutla oğullarının öldüyünü görəndə öz şəhərlərindən çıxıb qaçdılar.+ Filiştlilər gəlib o şəhərlərdə məskunlaşdılar.  Növbəti gün filiştlilər ölüləri soymağa gələndə Gilbu dağında Talutun və onun üç oğlunun meyitini tapdılar.+  Talutun başını kəsib yaraq-əsləhəsini götürdülər. Bu xəbəri bütün bütxanalarda+, camaat arasında car çəkmək üçün Filişt məmləkətinin hər tərəfinə qasidlər göndərdilər.+ 10  Sonra Talutun yaraq-əsləhəsini Əşturət bütxanasına qoydular, cəsədini isə Beyt-Şənin+ divarına mıxladılar. 11  Yabeş-Giladlılar+ filiştlilərin Talutun başına gətirdiyi şeyləri eşitdilər. 12  Şəhərin igidləri qalxıb bütün gecəni yol getdilər. Gəlib Talutla oğullarının cəsədini Beyt-Şənin divarından götürdülər və Yabeşə qayıdıb cəsədləri orada yandırdılar. 13  Sonra onların sümüklərini+ Yabeşdə+ yulğun ağacının altında dəfn etdilər və yeddi gün oruc tutdular.

Haşiyələr