Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 29:1—11

MÜNDƏRİCAT

  • Filiştlilər Davuda etibar etmir (1—11)

29  Filiştlilər+ bütün qoşunlarını Əfiqdə topladılar. İsraillilər isə Yizraildəki+ bulağın yanında ordugah qurdular.  Filişt hakimləri yüz və min nəfərlik alaylarla irəliləyirdi. Davud və dəstəsi Axışla birlikdə arxada gedirdi.+  Filişt hakimləri dedilər: «İbranilərin burada nə işi var?» Axış onlara cavab verdi: «Bu, İsrailin padşahı Talutun qulu Davuddur. O, bir ildən çoxdur ki, yanımdadır.+ Yanıma gəldiyi gündən bəri onda bir qəbahət tapmamışam».  Lakin Filişt hakimləri ona hirslənib dedilər: «Onu geri göndər, qoy qayıdıb ona verdiyin yerə getsin.+ Bizimlə döyüşə getməsin, yoxsa döyüş vaxtı bizə qarşı çıxar.+ Ağasının rəğbətini qazanmaqdan ötrü onun üçün adamlarımızın başından yaxşı nə ola bilər?  Məgər camaat bu Davud üçün rəqs edib oxumurdu: “Talut qırdı minləri, Davudsa on minləri”?»+  Onda Axış+ Davudu çağırıb dedi: «Yehovaya and olsun ki, sən düz adamsan. Ordumla yürüşə çıxmağın mənə xoşdur,+ çünki yanıma gəldiyin gündən bəri səndə bir qəbahət tapmamışam.+ Lakin hakimlər sənə etibar etmir.+  Sağ-salamat geri dön, Filişt hakimlərini qıcıqlandırma».  Davud Axışa dedi: «Axı mən nə etmişəm? Yanına gəldiyim gündən bəri bu qulunda nə səhv tapmısan? Ey hökmdar, nəyə görə səninlə birgə gedib düşmənlərinlə vuruşmayım?»  Axış Davuda cavab verdi: «Sən mənim üçün Allahın mələyi kimisən.+ Lakin Filişt hakimləri deyir ki, sən bizimlə döyüşə getməyəsən. 10  Sübhdən qalx, gün doğan kimi dəstənlə, padşahının qulları ilə buradan get». 11  Davud adamları ilə birgə ertədən durub filiştlilərin məmləkətinə qayıtdı. Filiştlilər isə Yizrailə+ getdilər.

Haşiyələr