Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 24:1—22

MÜNDƏRİCAT

  • Davud Talutun canına qıymır (1—22)

    • Davud Yehovanın məsh edilmişinə ehtiram bəsləyir (6)

24  Talut filiştliləri qovub qayıdandan sonra ona xəbər verdilər: «Davud Eyn-Gedi çöllüyündədir».+  Talut bütün İsraildən 3000 seçmə adam götürüb Davudla dəstəsini axtarmaq üçün dağ keçiləri məskunlaşan qayalığa getdi.  O, yolun üstündəki qoyun ağıllarına gəldi. Orada mağara var idi. Talut ayaqyoluna getmək üçün mağaraya girdi. Davud dəstəsilə mağaranın lap dərinliyində oturmuşdu.+  Adamları Davuda dedilər: «Bu gün, Yehovanın “düşmənlərini sənə təslim edəcəyəm,+ onlarla ürəyin istədiyi kimi rəftar edə bilərsən” dediyi gündür». Davud qalxıb xəlvətcə Talutun xələtinin ətəyindən kəsdi.  Amma sonra Talutun ətəyindən kəsdiyinə görə ürəyi Davudu qınamağa başladı.+  O, adamlarına dedi: «Hökmdara, Yehovanın məsh edilmişinə əl qaldırım? Axı bu, Yehovaya ağır gedər. O, Yehovanın məsh edilmişidir».+  Bu sözlərlə Davud adamlarını saxladı*, Talutun üstünə getməyə qoymadı. Talut isə mağaradan çıxıb yolu ilə getdi.  Davud mağaradan çıxıb Talutu səslədi: «Ya hökmdar!»+ Talut arxaya boylandı. Davud diz çöküb ona təzim etdi.  Davud Taluta dedi: «Nə üçün: “Davud sənə yamanlıq etmək istəyir” deyənlərə qulaq asırsan?+ 10  Bu gün öz gözünlə gördün ki, Yehova mağarada səni mənə təslim etmişdi. Mənə dedilər, səni öldürüm,+ amma mən sənə qıymadım, dedim: “Hökmdarıma əl qaldırmaram, o, Yehovanın məsh edilmişidir”.+ 11  Ata, bax, xələtinin ətəyi əlimdədir. Ətəyindən kəsəndə səni öldürmədim. Bil və agah ol, sənə yamanlıq etmək, sənə qarşı qiyam qaldırmaq fikrim yoxdur. Sənin qarşında heç bir günah etməmişəm,+ sənsə canıma qəsd etmək istəyirsən.+ 12  Qoy Yehova Özü səninlə mənim aramda hakim olsun.+ Qoy mənim qisasımı Yehova Özü səndən alsın.+ Mən isə sənə əl qaldırmayacağam.+ 13  Qədimdən belə bir məsəl var: “Yamanlıq yaman kəsdən çıxar”. Mən isə heç vaxt sənə əl qaldırmaram. 14  Gör İsrailin padşahı kimin dalınca düşüb! Axı, ey padşah, sən kimi təqib edirsən?! Ölü köpəyi? Birəni?+ 15  Qoy hakimimiz Yehova olsun. O, bizi mühakimə edəcək. O, Özü mənim çəkişməmi aparıb+ mənə haqq qazandıracaq, sənin əlindən qurtaracaq».  16  Davud sözünü qurtaranda Talut: «Oğlum, Davud, bu sənin səsindir?»+ — deyərək hönkür-hönkür ağladı. 17  Davuda dedi: «Sən məndən qat-qat haqlısan. Sən mənə yaxşılıq etdin, mən isə yaxşılığının əvəzində sənə yamanlıq etdim.+ 18  Bu gün mənə göstərdin ki, mənə münasibətin yaxşıdır. Yehova məni sənə təslim etdi, sən isə məni öldürmədin.+ 19  Kim əlinə keçən düşmənini sağ buraxar? Bu gün mənə etdiyin yaxşılığın əvəzini Yehova sənə verəcək.+ 20  Mən bilirəm, sən mütləq padşah olacaqsan,+ İsraildə hakimiyyət sənin əlində qərar tutacaq. 21  İndi Yehovaya and iç ki,+ məndən sonra nəslimin kökünü kəsməyəcəksən, atamın evindən adımı silməyəcəksən».+ 22  Davud Taluta and içdi. Sonra Talut evinə qayıtdı,+ Davud isə dəstəsilə qalaya çəkildi.+

Haşiyələr

 Digər variant: adamlarını buraxdı.