Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 21:1—15

MÜNDƏRİCAT

  • Davud Nubda hüzur çörəklərindən yeyir (1—9)

  • Davud Catda özünü dəliliyə vurur (10—15)

21  Davud Nuba, kahin Əximəlikin yanına gəldi.+ Əximəlik Davudu görəndə qorxudan əsdi: «Niyə təksən, niyə yanında heç kim yoxdur?» — deyə soruşdu.+  Davud kahin Əximəlikə cavab verdi: «Padşah məni bir iş dalınca göndərib, amma tapşırıb ki, nə bu iş haqda, nə də verdiyi göstəriş barədə heç kim bilməsin. Buna görə adamlarımla danışmışıq ki, filan yerdə toplaşaq.  Yanında beş kömbə çörək, yaxud başqa bir şey varsa, mənə ver».  Kahin Davuda dedi: «Əlimdə adi çörək yoxdur, təkcə müqəddəs çörək var.+ Əgər adamların qadınla yaxınlıq etməyiblərsə, onları verə bilərəm».+  Davud cavab verdi: «Əvvəlki yürüşlərdə olduğu kimi, indi də qadına yaxın getməmişik.+ Adi tapşırıq alanda adamlarım özlərini pak saxlayırlarsa, sözsüz ki, bu gün də pak olacaqlar».  Kahin müqəddəs çörəkləri ona verdi,+ çünki orada hüzur çörəklərindən başqa çörək yox idi. Bu çörəklər Yehovanın hüzurundan götürülmüş və həmin gün təzələri ilə əvəz olunmuşdu.  O gün Talutun nökərlərindən biri orada idi, Yehovanın hüzurunda qalmışdı. Bu adam Talutun baş çobanı, ədumi+ Duəq+ idi.  Davud Əximəlikə dedi: «Sizdə nizədən, qılıncdan nə var? Padşahın tapşırığı təcili olduğundan özümlə nə qılınc, nə də başqa bir yaraq götürməmişəm».  Kahin dedi: «İlah dərəsində+ öldürdüyün filiştli Calutun qılıncı+ buradadır, döşlüyün+ arxasında parçaya bükülü qoyulub. Götürmək istəyirsənsə, götür, ondan başqa heç nə yoxdur». Davud dedi: «Onun tayı yoxdur, onu mənə ver». 10  Davud o gün çıxıb getdi və Talutdan qaçdı.+ Sonda Cat padşahı Axışın yanına gəldi.+ 11  Axışın əyanları dedilər: «Bu, o ölkənin padşahı Davud deyil? Məgər adamlar rəqs edərək onun üçün oxumurdular: “Talut qırdı minləri, Davudsa on minləri”?»+ 12  Davud bu sözləri ürəyinə salıb Cat padşahı Axışdan bərk qorxdu.+ 13  Onların qabağında özünü dəliliyə vurub,+ sərsəmləməyə başladı. Darvazanın tayları üstündə şəkillər çəkdi, ağzının suyunu saqqalına axıtdı. 14  Axış əyanlarına dedi: «Görmürsünüz, bu dəlidir? Nə üçün onu yanıma gətirmisiniz? 15  Dəlilərim azdır ki, bunu da qarşımda dəlilik etməyə gətirmisiniz? Bu cür adamın mənim evimdə nə işi var?»

Haşiyələr