Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 15:1—35

MÜNDƏRİCAT

  •  Talut Allahın sözündən çıxıb Aqaqı sağ saxlayır (1—9)

  • İşmuil Talutu tənbeh edir (10—23)

    • İtaət etmək qurbandan yaxşıdır (22)

  • Hakimiyyət Talutdan alınır (24—29)

  • İşmuil Aqaqı öldürür (30—35)

15  Sonra İşmuil Taluta dedi: «Yehova məni göndərmişdi ki, səni xalqı İsrail üzərində padşah kimi məsh edim.+ İndi Yehovanın sözünü dinlə.+  Ordular Allahı Yehova belə deyir: “İsrail Misirdən çıxanda yolda onlara müqavimət göstərdikləri üçün əmaliqələrlə haqq-hesab çəkəcəyəm.+  İndi qalx, əmaliqələri qır,+ hər şeylərini məhv et.+ Heç kimə rəhm etmə: kişiyə, qadına, uşağa, çağaya baxmayıb hamısını öldür.+ Qoyunları, dəvələri, eşşəkləri qır”».+  Talut camaatı çağırıb Təlayimdə saydı: 200 000 piyada əsgər digər qəbilələrdən, 10 000 adam da Yəhudadan toplandı.+  Talut gedib əmaliqələrin şəhəri yaxınlığında, vadinin yanında pusqu qurdu.  O, qənilərə+ dedi: «Əmaliqələrdən ayrılın ki, sizi onlarla bir yerdə məhv etməyim.+ Çünki İsrail xalqı Misirdən çıxanda siz onlara xeyirxahlıq etmişdiniz».+ Qənilər Əmalikdən ayrıldılar.  Bundan sonra Talut Həvilədən+ tutmuş Misirin yaxınlığında olan Şura+ qədər əmaliqələri qırdı.+  Talut Əmalik padşahı Aqaqı diri-diri tutdu,+ qalan camaatı isə qılıncdan keçirdi.+  Talutla adamları Aqaqı sağ saxladılar. Mal-qaranın, qoyun-quzunun içindən yaxşılarına, kök heyvanlara, qoçlara və bütün yaxşı şeylərə heyifləri gəldi.+ Amma bəyənmədikləri, lazımsız şeyləri məhv etdilər. 10  İşmuilə Yehovanın sözü nazil oldu: 11  «Talutu padşah qoyduğuma peşmanam, o, Mənim yolumdan dönüb, sözlərimə əməl etmir».+ Bu, İşmuilə çox pis təsir etdi. O, bütün gecəni Yehovaya fəryad etdi.+ 12  Səhər durub Talutun görüşünə gedəndə ona dedilər: «Talut Karmelə+ gedib, orada özü üçün abidə qoyub,+ sonra da çıxıb Gilqala gedib». 13  İşmuil Talutun yanına gəlib çıxanda o dedi: «Ey Yehovanın mübarək bəndəsi. Mən Yehovanın sözünü yerinə yetirdim». 14  Amma İşmuil dedi: «Bəs qulağıma gələn bu qoyun mələşməsi, bu inək böyürtüsü nədir belə?»+ 15  Talut dedi: «Bunları əmaliqələrdən gətiriblər, çünki qoyunların, mal-qaranın yaxşılarına xalqın heyifi gəldi, onları sənin Allahın Yehovaya qurban gətirmək üçün saxladı, lakin qalanlarını məhv etmişik». 16  Onda İşmuil Taluta dedi: «Dayan, Yehovanın ötən gecə mənə dediklərini sənə söyləyəcəyəm».+ Talut: «Söylə», — dedi. 17  İşmuil sözünə davam etdi: «İsrail qəbilələrinin başçısı təyin olunanda, Yehova səni İsrailin padşahı kimi məsh edəndə+ məgər özünü kiçik sayan sən deyildin?+ 18  Sonra Yehova sənə tapşırdı: “Get o günahkar əmaliqələri məhv et.+ Onlarla döyüşüb hamısını qır”.+ 19  Bəs nə üçün Yehovaya itaət etmədin? Sən hərisliklə qənimətin üstünə cumdun!+ Yehovanın nəzərində pis iş tutdun!» 20  Amma Talut İşmuilə dedi: «Axı mən Yehovaya itaət etdim, Yehovanın mənə buyurduğu işi görməyə getdim, Əmalik padşahı Aqaqı gətirdim, əmaliqələri qırdım.+ 21  Amma xalq qənimətin içindən qoyun və mal-qaranı, məhv edilməli şeylərin yaxşılarını saxladı ki, Gilqalda sənin Allahın Yehovaya qurban gətirsin».+ 22  İşmuil dedi: «Məgər Yehovaya qurbandan çox Onun sözünə itaət etmək xoş deyil?+ Bunu bil, Yehovaya itaət etmək qurbandan, qulaq asmaq qoçların piyindən+ yaxşıdır.+ 23  Çünki asilik+ falçılığa+, təkəbbür isə sehrbazlığa və bütpərəstliyə bərabərdir. İndi ki sən Yehovanın sözünü rədd elədin,+ O da səni padşah kimi rədd etdi».+ 24  Talut İşmuilə dedi: «Günah etdim. Yehovanın əmrini və sənin sözünü yerə vurdum, xalqdan qorxduğum üçün onların dediyini etdim. 25  Yalvarıram, günahımı bağışla, mənimlə birgə qayıt, qoy Yehovaya səcdə edim».+ 26  İşmuil isə dedi: «Yox, səninlə qayıtmayacağam, çünki sən Yehovanın sözünü rədd etmisən. Yehova da səni rədd edib, sən daha İsrailin üzərində padşah olmayacaqsan».+ 27  İşmuil dönüb getmək istəyəndə Talut onun cübbəsinin ətəyindən yapışdı. Cübbənin ətəyi cırıldı. 28  Onda İşmuil ona dedi: «Bu gün Yehova İsrail üzərində hakimiyyəti sənin əlindən aldı. Onu soydaşlarından birinə, səndən yaxşısına verəcək.+ 29  İsrailin Alisi+ yalan danışmaz,+ fikrindən dönməz. Çünki O, adam deyil ki, fikrindən dönsün».+ 30  Onda Talut dedi: «Günah eləmişəm. Amma yalvarıram, xalqın ağsaqqallarının, İsrailin qarşısında məni hörmətdən salma. Mənimlə qayıt, qoy Allahın Yehovaya səcdə qılım».+ 31  İşmuil Talutun ardınca getdi və Talut Yehovaya səcdə qıldı. 32  Sonra İşmuil dedi: «Əmalik padşahı Aqaqı bura gətirin». Aqaq könülsüz-könülsüz* onun yanına gəldi, çünki ölüm qorxusunun artıq ötüşdüyünü fikirləşirdi. 33  İşmuil dedi: «Qılıncın qadınları necə övladsız qoyurdusa, qoy indi sənin anan eləcə ağlar qalsın». İşmuil bunu deyib Gilqalda Yehovanın önündə Aqaqı doğradı.+ 34  İşmuil Ramaya qayıtdı, Talut isə Gibaha, evinə getdi. 35  İşmuil ölənə kimi daha Talutu görmədi. İşmuil Talutdan ötrü dərd çəkirdi.+ Yehova Talutu İsrailə padşah qoyduğuna peşman olmuşdu.+

Haşiyələr

Digər variant: arxayın-arxayın.