Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 14:1—52

MÜNDƏRİCAT

  • Yonatan Mihmaşı ələ keçirir (1—14)

  • Allah İsrailin düşmənlərini qırır (15—23)

  • Talut düşünmədən and verir (24—46)

    • Xalq əti qanlı-qanlı yeyir (32—34)

  • Talutun apardığı müharibələr; onun ailəsi (47—52)

14  Bir gün Talutun oğlu Yonatan+ silahdarına dedi: «Gəl o taya, filiştlilərin keşikçi dəstəsi tərəfə keçək». Amma atasının bundan xəbəri yox idi.  Talut Gibahın+ qurtaracağında, Miqronda nar ağacının altında qalırdı. Onun yanında təxminən 600 adam var idi.+  (Döşlüyü+ Əxiyyə taxırdı. O, İkbudun+ qardaşı Əxitubun+ oğlu idi, Əxitub Fənhasın+, Fənhas Yehovanın Şilodakı+ kahini Əlinin+ oğlu idi.) Yonatanın getdiyindən heç kimin xəbəri yox idi.  Filiştlilərin keşikçi dəstəsi olan yerə getmək üçün Yonatan keçidlərdən keçməli idi. Keçidlərin arasında iki şişuclu qaya var idi, biri bir tərəfdə, digəri o biri tərəfdə. Qayalardan birinin adı Busis, o birinin adı Sənnə idi.  Bir qaya sütun kimi şimalda üzü Mihmaşa, o biri cənubda üzü Gibaya tərəf ucalırdı.+  Yonatan silahdarına dedi: «Gəl, o tərəfə keçib bu sünnətsizlərin+ ordugahına gedək. Bəlkə, Yehova bizə yar oldu. Yehova istəsə, az adamla da, çox adamla da qurtuluş verər, Ona heç nə mane ola bilməz».+  Silahdarı ona dedi: «Ürəyin nə istəyir, et. Hara istəyirsən, gedək, sən hara getsən, mən də səninlə gedəcəyəm».  Sonra Yonatan dedi: «Gəl onlar tərəfə keçək, özümüzü onlara göstərək.  Əgər: “Yerinizdə durun, indi sizin yanınıza gəlirik”, — desələr, olduğumuz yerdə durarıq, onlara tərəf getmərik. 10  Yox əgər “yanımıza qalxın” desələr, onda üstlərinə gedərik, çünki Yehova onları bizə təslim edəcək. Bu, bizim üçün bir əlamət olacaq».+ 11  Onlar özlərini filiştlilərin keşikçi dəstəsinə göstərdilər. Filiştlilər dedilər: «Baxın, ibranilər gizləndikləri deşiklərdən çıxıblar».+ 12  Keşikçilər Yonatanla silahdarına dedilər: «Yanımıza qalxın, dərsinizi verək!»+ Onda Yonatan silahdarına dedi: «Dalımca gəl. Yehova onları İsrailə təslim edəcək».+ 13  Yonatan əlləri ilə tuta-tuta yuxarı dırmaşdı, silahdarı da onun dalınca getdi. Yonatan filiştliləri vurub-yıxırdı, arxadan gələn silahdarı da onları öldürürdü. 14  Birinci hücumda Yonatanla silahdarı bir cüt öküzün gün ərzində şumladığı sahə boyda ərazidə iyirmiyə qədər adam qırdılar. 15  Ordugaha və bütün keşikçilərin canına qorxu düşdü, hətta basqınçı dəstələrini+ vahimə bürüdü. Yer titrədi. Allah hamının canına vəlvələ saldı. 16  Talutun Binyamindəki Gibahda+ qoyduğu gözətçilər gördülər ki, hər tərəfə çaxnaşma düşüb.+ 17  Talut onun yanında olanlara dedi: «Camaatı sayın, görün kim yoxdur». Sayıb gördülər ki, Yonatanla silahdarı yoxdur. 18  Talut Əxiyyəyə+ dedi: «Allahın sandığını bura gətir!» (Həmin vaxt Allahın sandığı israillilərin yanında idi.) 19  Talut kahinlə danışan vaxt filiştlilərin ordugahında çaxnaşma lap artdı. Talut kahinə dedi: «Dayan, əl saxla!» 20  Talut yanındakı adamlarla döyüşə getdi. Onlar gördülər ki, filiştlilər bir-birini qılıncdan keçirirlər; onların arasına güclü çaxnaşma düşmüşdü. 21  Həmçinin filiştlilərin tərəfinə keçən və onların ordugahına gələn ibranilər də Talutla Yonatanın yanında olan israillilərə qoşuldular. 22  Əfraim dağlıq bölgəsində gizlənən israillilər+ filiştlilərin qaçdığını eşidəndə döyüşə atılıb onları qovmağa başladılar. 23  Həmin gün Yehova israilliləri xilas etdi+ və Beyt-Avenə qədər hər yer döyüş meydanına çevrildi.+ 24  Amma israillilər həmin gün taqətdən düşdülər. Çünki Talut camaatı and vermişdi: «Axşamacan, mən öz düşmənlərimdən intiqam alana qədər dilinə çörək vuran kəsə lənət olsun!» Ona görə də heç kim bir tikə də çörək yeməmişdi.+ 25  Onların hamısı meşəyə gəldi. Yerdə bal var idi. 26  Adamlar meşəyə girəndə damcılayan balı gördülər, amma anddan qorxduqlarına görə heç kəs dilinə bal vurmadı. 27  Yonatan isə atasının xalqa and içdirdiyini eşitməmişdi.+ Ona görə də əlindəki dəyənəyi uzadıb ucunu şanı balına batırdı və ağzına apardı, dərhal gözlərinə işıq gəldi. 28  Onda bir nəfər dedi: «Atan xalqa and içdirib demişdi ki, kim bu gün çörək yesə, ona lənət olsun!+ Ona görə də xalq heydən düşüb. 29  Yonatan dedi: «Atam camaata zülm edir. Bir az bal yedim, gör gözlərimə necə işıq gəldi. 30  Əgər xalq bu gün düşmənlərdən aldığı qənimətdən doyunca yesəydi,+ gör nə olardı! Onda lap çox filiştlini qırardıq!» 31  Onlar həmin gün Mihmaşdan Ayalona+ qədər filiştliləri qırdılar, xalq tamam əldən düşdü. 32  Ona görə də acgözlüklə qənimətin üstünə atıldılar; qoyunları, inəkləri, danaları yerdəcə kəsdilər, əti qanlı-qanlı yedilər.+ 33  Taluta xəbər gətirdilər: «Xalq Yehovanın önündə günah eləyir, əti qanlı-qanlı yeyir!»+ Talut dedi: «Günah etdiniz! Cəld olun! Bir böyük daş yuvarlayıb yanıma gətirin». 34  Sonra dedi: «Gedib hamıya deyin: “Qoy hər kəs buğanı, qoyunu burada kəsib yesin. Əti qanlı-qanlı yeyib Yehovanın qabağında günaha batmayın”».+ Beləliklə, həmin gecə hər kəs buğasını gətirib orada kəsdi. 35  Talut Yehovaya qurbangah tikdi.+ Bu, onun Yehova üçün tikdiyi ilk qurbangah idi. 36  Sonra Talut dedi: «Gəlin filiştliləri gecə ikən təqib edək və səhərə qədər onları qarət edək. Onlardan bir nəfəri də sağ qoymayaq». Xalq cavab verdi: «Necə məsləhət bilirsən, elə də et». Kahin dedi: «Gəlin burada Allahdan soruşaq».+ 37  Onda Talut Allahdan soruşdu: «Filiştliləri təqib edim?+ Onları israillilərin əlinə verəcəksən?» Amma Allah həmin gün ona cavab vermədi. 38  Bunu görən Talut dedi: «Ey xalqın başçıları, bura gəlin. Öyrənin görün bu gün hansı günaha yol verilib. 39  İsraili xilas edən Yehovaya and olsun, oğlum Yonatan təqsirkar olsa belə, öləcək». Amma heç kim ona cavab vermədi. 40  Sonra o, israillilərə dedi: «Siz bir tərəfdə, mən və oğlum Yonatan digər tərəfdə duraq». Xalq Taluta dedi: «Necə məsləhət bilirsən, elə də et». 41  Sonra Talut Yehovaya dedi: «Ey İsrailin Allahı, Tummim+ vasitəsilə bizə cavab ver!» Tummim Talutla Yonatanı göstərdi və xalq sərbəst buraxıldı. 42  Talut dedi: «Mənimlə oğlum Yonatan arasında püşk atın+». Püşk Yonatana düşdü. 43  Talut Yonatandan soruşdu: «De görüm nə etmisən?» Yonatan cavab verdi: «Əlimdəki dəyənəyin ucunda bir az bal yemişəm.+ Budur, qarşındayam! Ölməyə hazıram!» 44  Talut dedi: «Əgər sən ölməsən, Yonatan, qoy Allah məni cəzalandırsın».+ 45  Lakin xalq Taluta dedi: «Necə? İsrailə bu böyük qələbəni gətirən Yonatan öləcək?+ Heç vaxt! Yehovaya and olsun, onun başından bir tük belə, əskik olmayacaq! Çünki bu gün o, Allahın köməyi ilə iş görüb».+ Beləcə, xalq Yonatanı qurtardı və o ölmədi. 46  Talut filiştliləri daha təqib etmədi, filiştlilər də öz torpaqlarına getdilər. 47  Talut İsrail üzərində hakimiyyətini möhkəmləndirdi və bütün ətrafındakı düşmənlərilə — muabilər+, əmunilər+, ədumilər+, Sobah+ padşahları və filiştlilərlə+ vuruşdu. O getdiyi hər yerdə düşmənlərini məğlub edirdi. 48  Talut rəşadətlə döyüşərək əmaliqələri məğlub etdi+ və İsraili basqınçıların əlindən qurtardı. 49  Talutun oğulları Yonatan, Yişvi və Məlkişu+ idi. Onun iki qızı var idi. Böyüyünün adı Merab+, kiçiyinin adı isə Məkyal+ idi. 50  Talutun arvadının adı Ahnaam idi, o, Əximasın qızı idi. Ordusunun başçısı əmisi Nur oğlu Abnur+ idi. 51  Kiş+ Talutun atası idi, Abnurun atası Nur+ Əbiilin oğlu idi. 52  Talut bütün hakimiyyəti dövründə filiştlilərlə şiddətli döyüşlər apardı.+ O, harada güclü və cəsur adam görürdüsə, dərhal yanına qulluğa götürürdü.+

Haşiyələr