Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 13:1—23

MÜNDƏRİCAT

  • Talut ordu toplayır (1—4)

  • Talutun özbaşına hərəkəti (5—9)

  • İşmuil Talutu tənbeh edir (10—14)

  • İsraillilər əliyalın qalır (15—23)

13  Talut padşah olanda...* yaşı var idi.+ O, iki il idi ki, İsrailin padşahı idi.  Talut İsraildən 3000 adam seçdi. Onların iki mini Mihmaşda və Beytelin dağlıq bölgəsində Talutla birlikdə idi. Min nəfəri isə Binyamindəki Gibahda+ Yonatanla+ idi. Qalan adamları Talut öz çadırlarına göndərdi.  Yonatan filiştlilərin Gibadakı+ keşikçi dəstəsini darmadağın etdi.+ Bu xəbər filiştlilərə çatdı. Talut bütün ölkədə şeypur çalıb+ car çəkdirdi: «Qoy ibranilər eşitsin!»  Bütün İsrail bu xəbəri eşitdi: «Talut filiştlilərin keşikçi dəstəsini darmadağın edib. İndi filiştlilərin İsrailə nifrəti artıb». Beləliklə, Taluta qoşulmaq üçün xalqı Gilqala+ topladılar.  Filiştlilər də İsraillə döyüşmək üçün bir yerə toplaşdı. Onların 30 000 cəng arabası, 6000 süvarisi, dəniz qumu qədər qoşunları var idi.+ Onlar Beyt-Avendən+ şərqdə, Mihmaşda ordugah qurdular.  İsraillilər gördülər ki, işləri fənadır, çünki onlar sıxışdırılırdı. Xalq mağaralarda, oyuqlarda, qayalarda, zirzəmilərdə, hovuzlarda gizləndi.+  Hətta ibranilərin bir qismi İordanı keçib Cad və Gilad torpağına getdi.+ Lakin Talut hələ də Gilqalda idi, yanındakıların hamısı qorxudan əsirdi.  O, yeddi gün, İşmuilin qoyduğu vaxta qədər gözlədi. Amma İşmuil gəlib çıxmırdı. Talutun yanındakı adamlar dağılışmağa başladı.  Axırda Talut dedi: «Yandırma qurbanını və ünsiyyət qurbanlarını bura gətirin». O, yandırma qurbanını təqdim etdi.+ 10  Talut yandırma qurbanını təzəcə təqdim edib qurtarmışdı ki, İşmuil gəldi. Talut onun qarşısına çıxıb salamladı. 11  İşmuil dedi: «Sən nə etdin?» Talut cavab verib dedi: «Gördüm ki, camaat dağılışır,+ sən də dediyin vaxtda gəlmirsən, bir tərəfdən də filiştlilər Mihmaşda toplanıb,+ 12  öz-özümə fikirləşdim: “İndi filiştlilər Gilqala enib üstümə gələcəklər. Amma mən hələ Yehovanın razılığını almamışam”. Buna görə də məcbur olub yandırma qurbanını təqdim etdim». 13  İşmuil Taluta dedi: «Axmaqlıq etdin. Allahın Yehovanın sənə verdiyi əmrə tabe olmadın.+ Əgər tabe olsaydın, Yehova sənin taxtını İsraildə həmişəlik möhkəmləndirərdi. 14  Amma indi sənin sülalən davam etməyəcək.+ Yehova Öz könlünə yatan adam tapacaq.+ Yehova onu xalqına başçı qoyacaq,+ çünki sən Yehovanın əmrinə tabe olmadın».+ 15  İşmuil Gilqaldan çıxıb Binyamindəki Gibaha getdi. Talut yanındakı adamları saydı. Onların sayı 600 nəfər idi.+ 16  Talut, oğlu Yonatan və onların yanındakılar Binyamindəki Gibada+ qalırdılar. Filiştlilərin ordugahı Mihmaşda idi.+ 17  Filiştlilərin düşərgəsindən üç dəstə çıxıb qarətçilik edirdi. Bir dəstə Öfra yoluna, Şual torpağına sarı gedirdi. 18  O biri dəstə Beyt-Hurun+ yoluna, üçüncü dəstə isə Səbuim vadisi ilə üzbəüz sərhədə gedən yola, səhraya tərəf gedirdi. 19  Bütün İsrail məmləkətində bir nəfər də olsun dəmirçi yox idi. Çünki filiştlilər deyirdi: «Qoy ibranilər qılınc, nizə düzəltməsinlər». 20  İsraillilər gavahın, toxa, balta, oraq itiləmək üçün filiştlilərin yanına gedirdilər. 21  Gavahın, toxa, yaba və balta itiləməyin, dəyənək bizini bərkitməyin qiyməti bir pim* idi. 22  Döyüş vaxtı Talutla Yonatanın yanındakı adamlardan heç birinin əlində qılınc, nizə yox idi.+ Təkcə Talutla oğlu Yonatanın silahı var idi. 23  Filiştlilərin keşikçi dəstəsi Mihmaş keçidinə çıxdı.+

Haşiyələr

Orijinal ibrani mətnində rəqəm yazılmayıb.
Qədim çəki vahidi, təx. 8 q gümüş.