Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 11:1—15

MÜNDƏRİCAT

  • Talut əmuniləri məğlub edir (1—11)

  • Talut yenidən padşah elan edilir (12—15)

11  Əmuni+ Nahaş gəlib Giladdakı Yabeş+ qarşısında düşərgə qurdu. Bütün yabeşlilər Nahaşa: «Bizimlə saziş bağla, biz sənə qulluq edərik», — dedilər.  Əmuni Nahaş onlara dedi: «Bir şərtim var. Hamınızın sağ gözünü oyub çıxaracağam. Qoy İsrail rüsvay olsun».  Yabeş ağsaqqalları ona cavab verdilər: «Bizə yeddi gün möhlət ver. Qoy İsrailin hər yerinə qasidlər göndərək. Əgər dadımıza çatan olmasa, onda sənə təslim olarıq».  Qasidlər Talutun yaşadığı Gibaha+ gəldilər və bu sözləri xalqa söylədilər. Xalq fəryad qoparıb ağlamağa başladı.  Talut naxırın arxasında otlaqdan gəlirdi. O soruşdu: «Camaata nə olub? Niyə hamı ağlaşır?» Yabeşlilərin sözlərini ona çatdırdılar.  Bunu eşidəndə Yehovanın ruhu onun üzərinə endi.+ Talut bərk qəzəbləndi.  İki buğa götürüb onları tikə-tikə doğradı və qasidlərə verib İsrailin hər yerinə göndərdi. Qasidlər hər yerdə car çəkdilər: «Kim Talutla İşmuilin ardınca getməsə, onun mal-qarası bu kökə salınacaq!» Xalqı Yehovanın vəhmi bürüdü. Hamı bir nəfər kimi durub gəldi.  Talut Bəzəqdə onları saydı. Orada 300 000 israilli, 30 000 yəhudalı var idi.  Onlar qasidlərə dedilər: «Giladdakı yabeşlilərə belə deyin: “Sabah günəş qızan vaxt siz xilas olacaqsınız”». Qasidlər gedib bu xəbəri yabeşlilərə çatdırdılar. Onlar çox sevindilər. 10  Yabeşlilər Nahaşa dedilər: «Sabah biz sizə təslim olacağıq. Onda nə istəsəniz, bizimlə edərsiniz».+ 11  Ertəsi gün Talut adamlarını üç hissəyə böldü. Onlar səhər növbəsi* vaxtı düşərgənin ortasına girdilər və günəş qızana qədər əmuniləri qırdılar.+ Sağ qalanların hərəsi bir tərəfə səpələndi. Belə ki, iki nəfəri bir yerdə görmək olmurdu. 12  Onda xalq İşmuilə dedi: «“Talut bizə padşah olacaq?” deyən kim idi?+ Onları verin öldürək». 13  Amma Talut dedi: «Bu gün heç kim ölməyəcək.+ Bu gün Yehova İsrailə qurtuluş verib». 14  Bir qədər sonra İşmuil xalqa dedi: «Gəlin Gilqala+ gedək. Talutu yenidən padşah elan edək».+ 15  Bütün xalq Gilqala getdi. Orada Yehovanın hüzurunda Talutu padşah etdilər. Sonra Yehovanın hüzurunda ünsiyyət qurbanları təqdim olundu.+ Talut və bütün İsrail xalqı böyük sevinc içində bayram etdi.+

Haşiyələr

İbranilər gecəni üç «növbə»yə bölürdü. Axırıncı növbə olan səhər növbəsi gecə saat ikidən səhər saat altıyadək davam edirdi.