Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

1 İşmuil 10:1—27

MÜNDƏRİCAT

  • Talut padşah kimi məsh edilir (1—16)

  • Talut xalq qarşısında padşah seçilir (17—27)

10  İşmuil bir qab yağı Talutun başına tökdü+ və onu öpüb dedi: «Yehova səni Öz xalqı+ üzərində başçı kimi məsh edir.+  Bu gün məndən ayrılandan sonra Binyamin torpağında Silsahda, Rəhilənin qəbri+ yaxınlığında iki nəfərə rast gələcəksən. Onlar sənə deyəcəklər: “Axtardığın ulaqlar tapılıb, ancaq indi atan ulaqları qoyub sənin üçün narahat olur.+ Atan deyir: “Oğlum harada qaldı? Mən indi nə edim?”  Oradan Taburdakı böyük ağacın yanına gedərsən, orada Allaha ibadət etmək üçün Beytelə+ gedən üç nəfərlə rastlaşacaqsan. Biri üç oğlaq, o birisi üç kömbə çörək, üçüncü isə bir yekə küp şərab aparacaq.  Onlar səndən hal-əhval tutacaq, sənə iki çörək verəcəklər. Çörəkləri götürərsən.  Sonra filiştlilərin keşikçi dəstəsinin yerləşdiyi yerə, Allah təpəsinə gedərsən. Şəhərə çatanda səcdəgahdan gələn bir dəstə peyğəmbərə rast gələcəksən. Onlar peyğəmbərlik edəcək, camaat isə qarşılarında telli alət, qaval, tütək və çəng çalacaq.  Yehovanın ruhu üzərinə enəcək,+ sən də onlarla birgə peyğəmbərlik edəcəksən, dəyişib tamamilə başqa bir adam olacaqsan.+  Bütün bu əlamətlər yerinə yetəndə vəziyyətə uyğun hərəkət et, çünki Allah səninlədir.  Sonra məndən qabaq Gilqala+ gedərsən. Mən yandırma və ünsiyyət qurbanı təqdim etmək üçün oraya sənin yanına gələcəyəm. Mən sənin yanına gələnəcən yeddi gün gözlə. Gəlib sənə deyəcəyəm nə etməlisən».  Talut dönüb İşmuilin yanından getmək istəyəndə Allah onun təbiətini dəyişdirdi və bütün bu əlamətlər həmin gün yerinə yetdi. 10  Onlar oradan təpəyə getdilər. Yolda bir dəstə peyğəmbər onun rastına çıxdı. Həmin an Allahın ruhu onun üzərinə endi+ və o, onlarla peyğəmbərlik etməyə başladı.+ 11  Talutu əvvəldən tanıyanlar onun peyğəmbərlərlə birgə peyğəmbərlik etdiyini görəndə bir-birinə dedilər: «Kişin oğluna nə olub? Talut da peyğəmbər olub?» 12  Sonra oralı bir nəfər dedi: «O biri peyğəmbərlərin atası kim olub ki?» Ona görə də «Talut da peyğəmbər olub?» sözü dillərdə məsəl oldu.+ 13  Talut peyğəmbərlik edəndən sonra səcdəgaha qalxdı. 14  Sonra Talutun əmisi ondan və nökərindən soruşdu: «Hara getmişdiniz?» O cavab verdi: «Eşşəkləri axtarmağa.+ Amma gördük ki, tapa bilmirik, getdik İşmuilin yanına». 15  Onda Talutun əmisi soruşdu: «Bəs İşmuil sənə nə dedi?» 16  Talut cavab verdi: «Dedi ki, eşşəklər tapılıb». Lakin İşmuilin padşahlıq haqda dediklərini ona danışmadı. 17  Sonra İşmuil Mispahda xalqı Yehovanın hüzuruna çağırdı.+ 18  O, israillilərə dedi: «İsrailin Allahı Yehova belə deyir: “Sizi Misirdən Mən çıxartdım,+ misirlilərin və sizə zülm edən başqa hökmdarların əlindən sizi Mən qurtardım. 19  Amma siz bu gün Allahınızı, sizi hər cür dərd-bəladan qurtaran Allahı rədd etdiniz+ və dediniz: “Yox, bizim üstümüzə padşah qoy”. İndi qəbilələrinizə və nəsillərinizə görə Yehovanın hüzurunda düzülün”». 20  İşmuil bütün İsrail qəbilələrini qabağa çıxartdı.+ Binyamin qəbiləsi seçildi.+ 21  Sonra Binyamin qəbiləsinin nəsillərini bir-bir qabağa çıxartdı. Matri nəsli seçildi. Axırda Kiş oğlu Talut seçildi.+ Amma onu axtarıb tapa bilmədilər. 22  Onda Yehovadan soruşdular:+ «O, bura gəlməyib?» Yehova cavab verdi: «Odur, yüklərin arasında gizlənib». 23  Tez gedib Talutu oradan gətirdilər. O, camaatın arasında durdu. Talut hamıdan bir baş hündür idi.+ 24  İşmuil bütün xalqa dedi: «Görürsünüz, Yehova kimi seçib?+ Xalqın arasında onun kimisi yoxdur!» Hamı bir ağızdan: «Yaşasın padşah!» — deyib hayqırdı. 25  İşmuil xalqa padşahın səlahiyyətlərini sadaladı,+ onları kitaba yazıb Yehovanın önünə qoydu. Sonra xalqı evlərinə göndərdi. 26  Talut da Gibaha evinə qayıtdı. İgidlər onunla getdilər, çünki bunu Yehova onların ürəyinə qoymuşdu. 27  Ancaq bəzi yaramaz adamlar: «Bu, bizi necə qurtaracaq?»+ — deyib ona həqarət etdilər və ona heç bir bəxşiş gətirmədilər.+ Amma Talut heç nə demədi.

Haşiyələr