Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 5:1—27

MÜNDƏRİCAT

  • Əlifəzin nitqinin davamı (1—27)

    • «Allah ağıllıları elə öz fəndləri ilə tutur» (13)

    • «Sən Qüdrət Sahibinin tərbiyəsini rədd etmə!» (17)

5  Çağır görək sənə cavab verən olacaq? Hansı müqəddəsə üz tutacaqsan?   Səfehi hirs məhv edər,Nadanı paxıllıq öldürər.   Mən səfehin kök saldığını görmüşəm,Amma onun yurdu qəflətən lənətlənir.   Oğulları əmin-amanlıq tapmır,Şəhər darvazasında tapdalanır,+ xilas edənləri olmur.   Topladığı məhsulu aclar yeyir,Tikanların arasından çəkib aparırlar.Varını, yoxunu tələ qapır.   Çünki pis şey torpaqdan çıxmır,Dərd-bəla yerdən bitmir.   Necə ki qığılcım havaya qalxır,İnsan da əzab çəkmək üçün doğulur.   Amma mən üzümü Allaha tutardım,İddiamı Allaha bildirərdim.   O ki böyük, ağlasığmaz işlər görür,Saysız-hesabsız xariqələr yaradır, 10  Yerə yağış verir,Tarlalara su göndərir, 11  Məzlumu yüksəyə qaldırır,Pərişan adama nicat verir. 12  O, hiyləgərin fəndlərini pozur ki,Əlinin işi avand olmasın. 13  O, ağıllıları elə öz fəndləri ilə tutur ki,+Fərasətli adamların niyyətini alt-üst etsin. 14  Onlar günün günortasında qaranlığa düşürlər,Günorta çağı kor kimi gəzirlər, elə bil, gecədir. 15  O, insanı onların dilinin qılıncından,Yoxsulu güclünün əlindən qurtarır. 16  Beləcə, məzlum üçün ümid var,Haqsızlığınsa ağzı yumulub. 17  Bax, Allahın tənbeh etdiyi bəndə xoşbəxtdir!Sən Qüdrət Sahibinin tərbiyəsini rədd etmə! 18  Çünki O yaralayır, amma yaranı sarıyır,Parça-parça edir, amma əlləri ilə sağaldır. 19  Altı bəladan səni qurtarar,Yeddinci bəla səndən yan ötər. 20  O, səni qıtlıq zamanı ölümün pəncəsindən,Döyüş vaxtı qılıncın ağzından alar. 21  Qamçılayan dildən+ qorunarsan,Talan gələndə qorxmazsan. 22  Qırğına, aclığa gülərsən,Yerdəki vəhşi heyvanlardan qorxmazsan. 23  Tarlandakı daşlar sənə zərər vurmaz,Vəhşi heyvan səninlə asayişdə yaşar. 24  Çadırının salamat qalacağından arxayın olarsan,Örüşünü yoxlayanda əskiklik tapmazsan. 25  Balaların artıb çoxalar,Övladların yerin otu qədər olar. 26  Vaxtında toplanmış dərz kimi,Qəbrə gümrah gedərsən. 27  Bu belədir ki var, biz bunu araşdırmışıq, Sən də qulaq as, öyrən».

Haşiyələr