Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 39:1—30

MÜNDƏRİCAT

39  Sən dağ keçilərinin+ doğduğu vaxtı bilirsən? Maralların doğduğunu görmüsən?+   Aylarının nə vaxt tamam olduğunu hesablamısan? Doğacaqları vaxtı bilirsən?   Onlar yerə çöküb balalayır,Ağrıdan azad olurlar.   Balaları güclənir, çöllərdə böyüyürlər,Gedirlər və onların yanına qayıtmırlar.   Bəs çöl eşşəyinin ipini kim açıb?+Çöl eşşəyini kim asudə buraxıb?   Çölləri ona məskən verdim,Şoran düzləri ona yurd etdim.   O, şəhərdəki səs-küyə gülür,Onu qovanın səsini eşitmir.   Otlaq tapmaq üçün təpələri gəzir,Yaşıl ot axtarır.   Heç çöl öküzü sənə qulluq edər?+ Heç o, tövləndə gecələyər? 10  Heç o, sənin ardınca vadidə torpaq şumlayar?Şırımdan çıxmasın deyə, onu iplə tuta bilərsən? 11  Güc-qüvvətinə güvənibAğır işini ona tapşırarsan? 12  Taxılını gətiribXırmanına yığacağına əmin ola bilərsən? 13  Baxma ki, dəvəquşu şən-şən qanadlarını çırpır,Heç onun qanadı, pərləri leyləyinkinə tay ola bilər?+ 14  O, yumurtalarını yerə qoyur,Qumda isidir. 15  Amma unudur ki, onlar ayaq altda qalıb sınar,Onları çöl heyvanları tapdalayar. 16  Balalarına qarşı rəhmsizdir, elə bil, ögeydirlər,+Qorxmur ki, zəhməti hədər gedər. 17  Çünki Allah hikməti ondan əsirgəyib,Ona dərrakədən pay verməyib. 18  Amma ayağa qalxıb qanadlarını çırparkənAta da, atlıya da gülər. 19  Bəs ata qüvvəti sən vermisən?+ Boynuna dalğalanan yalı sən taxmısan? 20  Onu çəyirtkə kimi hoppandıra bilərsən? Onun məğrur fınxırtısı vahimə doğurur.+ 21  O, vadidə torpağı eşir, var gücü ilə sıçrayır,+Döyüşə atılır.+ 22  Qorxuya gülür, heç nədən hürkmür,+ Qılınc qabağından geri çəkilmir. 23  Nizə ucu, mizraq parıldayır,Oxdan ona dəyib cingildəyir. 24  Coşur, irəli şığıyır,Şeypur səsini eşidəndə dura bilmir*. 25  Şeypur çalınanda coşub kişnəyir, Döyüş qoxusunu uzaqdan duyur,Sərkərdələrin nərəsini, döyüş harayını eşidir.+ 26  Məgər şahin sənin ağlın sayəsində havada süzür,Qanadını cənuba gərir? 27  Qartal sənin əmrinlə yüksəklərə uçur,+Yuvasını yüksəklikdə qurur?+ 28  O, yalçın qayada gecələyir,İstehkamı sıldırım qayadadır. 29  Şikarını oradan axtarır,+Gözləri uzaqları görür. 30  Balaları qurtum-qurtum qan içir,Harada leş olsa, o da oradadır».+

Haşiyələr

Digər variant: inana bilmir.