Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 38:1—41

MÜNDƏRİCAT

  • Yaradanla müqayisədə insanın kiçikliyi (1—41)

    • «Mən dünyanın təməlini qoyanda sən harada idin?» (4—6)

    • Allah oğulları sevinib-şadlanırdılar (7)

    • Təbiət hadisələri ilə bağlı suallar (8—32)

    • Fəza qanunları (33)

38  Sonra Yehova qasırğanın içindən+ Əyyuba dedi:   «Kimdir bu, avam-avam danışıb, Niyyətimin üstünə kölgə salan?+   İndi kişi kimi belini qurşa, Mən soruşacağam, sən də Mənə de.   Mən dünyanın təməlini qoyanda sən harada idin?+ Bilirsənsə, söylə.   Bəlkə, bilirsən, kim ona ölçü verib, Ölçü ipini ətrafına kim çəkib?   Təməli nəyin üzərində durur? Onun guşə daşını kim qoyub?+   Dan ulduzları+ birgə sevinib-şadlananda, Allah oğullarının*+ hamısı hayqırıb alqış oxuyanda sən harada idin?   Dəniz kükrəyib bətndən çıxanda Onun ağzına kim bənd qoydu?+   Mən buludları ona geyindirəndə, Onu zülmət qaranlığa bələyəndə, 10  Onun üçün sərhəd cızanda, Qapıları, cəftələri qoyanda,+ 11  “Bura qədər gəl, o tərəfə keçmə, Məğrur dalğalarının həddi buradır”,+ — deyəndə sən harada idin? 12  Heç ömründə səhərə əmr vermisən? Heç sübh şəfəqinə yerini öyrətmisən ki,+ 13  Yeri ucqarlarından tutub silkələsin, Pisləri oradan atsın?+ 14  Yer möhür altındakı gil kimi dəyişir, Onun cizgiləri, paltar cizgiləri kimi aydın görünür. 15  Şər adamınsa işığı əlindən alınır, Yuxarı qalxan əli kəsilir. 16  Heç dənizin qaynaqlarına enmisən? Dərin suları tədqiq etmisən?+ 17  Ölüm qapıları+ sənə göstərilib? Olmaya, qatı zülmətin* qapılarını görmüsən?+ 18  Bəs yerin ənginliyini dərk etmisən?+ Bütün bunları bilirsənsə, danış. 19  İşığın məkanı hansı tərəfdədir?+ Bəs qaranlığın məkanını tanıyırsan? 20  Belə ki, onu diyarına aparasan, Evinin yolunu anlayasan. 21  Yəni o zaman doğulmuşdun? İllərin o qədər çoxdur ki, bunları biləsən? 22  Heç qar+ anbarlarına girmisən? Dolu+ anbarlarını görmüsən? 23  Mən onları müsibət günü üçün, Döyüş və müharibə günü üçün saxlayıram.+ 24  Bəs işıq* hansı səmtdən yayılır? Şərq küləyi yer üzünə haradan əsir?+ 25  Kim sellərə arx, Guruldayan qara buluda yol çəkib ki,+ 26  İnsan yaşamayan torpaqlara, İns-cins olmayan çöllərə yağış yağdırsın,+ 27  Dağılmış, viran qalmış yerləri doydurub, Bitki cücərtsin?+ 28  Yağışın atası varmı?+ Bəs şeh damlalarının atası kimdir?+ 29  Göydən gələn şaxtanı kim doğub? Buz kimin bətnindən çıxıb?+ 30  Belə ki, ümmanın səthi buz bağlayır, Sular, sanki, daş altında gizlənir.+ 31  Kimah bürcünün* bağlarını düyünləyə bilərsən? Bəs Kəsil bürcünün* bağlarını aça bilərsən?+ 32  Sən bürcü öz vaxtında çıxara bilərsən? Ayiş bürcünə*, onun oğullarına bələdçi ola bilərsən? 33  Bəs göylərin qanunlarını+ bilirsən? Yerdə onların* hakimiyyətini bərqərar edə bilərsən? 34  Sel-sular səni örtsün deyə, Səsini buludlara qaldıra bilərsən?+ 35  Şimşəkləri göndərə bilərsən? Onlar gəlib sənə: “Buradayıq!” — deyərlər? 36  Bəs buludların içinə* hikməti kim qoyub?+ Səmaya* ağlı kim verib?+ 37  Buludları saymağa kimin hikməti çatar? Göydəki su küplərini kim aşıra bilər?+ 38  O zaman torpaq lehmə olub axır, Palçıq topaları bir-birinə yapışır. 39  Sən aslan üçün ov ovlaya bilərsən? Gənc aslanların qarnını doyura bilərsən?+ 40  O vaxt ki onlar yuvalarında yerə yatır, Yuvalarında pusqu qurur. 41  Balaları Allaha fəryad edəndə, Ac-yalavac dolaşanda Kim quzğuna yem hazırlayır?+

Haşiyələr

Bu ifadə ibrani dilində mələklərlə əlaqədar işlədilir. Lüğətdə «Allahın Oğlu» ifadəsinə bax.
Yaxud ölüm kölgəsinin.
Digər variant: şimşək.
Ehtimala görə, Buğa bürcündəki Ülkər ulduzlarıdır.
Ehtimala görə, Orion bürcü.
Ehtimala görə, Böyük Ayı bürcü.
Digər variant: Onun.
Digər variant: insanın daxilinə.
Digər variant: ağıla.