Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 37:1—24

MÜNDƏRİCAT

  • Təbiət qüvvələri Allahın böyüklüyünə dəlalət edir (1—24)

    • Allah insanın əlini işdən saxlaya bilər (7)

    • Allahın xariqüladə işlərinə nəzər sal (14)

    • İnsan Qüdrət Sahibini dərk edə bilməz (23)

    • Allah özünü ağıllı sayanları bəyənmir (24)

37  Buna görə ürəyim çırpınır,Bərk döyünür.   Onun səsinin gurultusuna,Ağzından çıxan ildırıma qulaq as!   Onu səma altında açıb buraxır,Şimşəyini+ yerin dörd tərəfinə göndərir.   Sonra gurultu qopur.O, möhtəşəm səsi ilə guruldayır,+Səsi eşidiləndə qarşısını almır.   Allahın səsi gurlayır,+ heyrət doğurur,O, dərkedilməz, əzəmətli işlər görür.+   Allah qara: “Yerə yağ!”+ Leysana: “Gur-gur yağ!” — deyir.+   Bütün bəşərin işini dayandırır ki,Hamı Onun işlərini öyrənsin.   Vəhşi heyvanlar öz yuvasına girir,Orada qalır.   Tufan otağından çıxıb əsir,+Soyuğu şimal küləyi gətirir.+ 10  Allah üfürür, buz yaranır,+Əngin sular buz bağlayır.+ 11  Buludları rütubətlə yükləyir,Şimşəyini buludlara yayır.+ 12  Buludlar yönəltdiyi səmtə burulurlar,Yer üzündə Onun əmrini icra edirlər.+ 13  Bunu ya cəza üçün,+ ya torpaqdan ötrü,Ya da xeyirxahlıq naminə edir.+ 14  Əyyub, qulaq as,Bir dayan, Allahın xariqüladə işlərinə yaxşı-yaxşı fikir ver.+ 15  Bilirsən, Allah buludlara necə nəzarət edir?Şimşəyi onların arasından necə çaxdırır? 16  Buludlar səmada necə süzür?+ Bunlar kamil bilik Sahibinin xariqələridir!+ 17  Cənub küləyi yer üzünə sükunət gətirəndəPaltarların nə üçün qızır?+ 18  Sərt mis güzgüyə bənzəyən səmanıOnunla birlikdə döyüb yaya bilərsən?+ 19  Söylə, Ona nə deyək?Qaranlıqdayıq, söz tapa bilmirik. 20  Məgər Ona deyilməlidir ki, mənim Ona sözüm var? İnsan elə bir vacib şey deyib ki, Ona çatdırılsın?+ 21  İşıq* səmada bərq vurur,Ancaq külək əsib buludları qovmayıncaİnsanlar onu görmür. 22  Şimaldan qızılı şəfəqlər saçır.Allahın ehtişamı+ heyrət doğurur. 23  Qüdrət Sahibi dərkedilməzdir,+Gücü möhtəşəmdir,+O, haqqı, ədaləti heç vaxt pozmaz.+ 24  Buna görə qoy insanlar qorxsun Ondan!+ O, özünü ağıllı sayanları bəyənmir».+

Haşiyələr

Yəni günəşin şəfəqi.