Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 36:1—33

MÜNDƏRİCAT

  • Əlihu Allahın ağlasığmaz böyüklüyündən danışır (1—33)

    • İtaətkar adamlar firavan yaşayır; Allahsızlar rədd edilir (11—13)

    • Allah kimi nəsihətçi varmı? (22)

    • Əyyub Allahı ucaltmalıdır (24)

    • Allahın böyüklüyü ağlasığmazdır (26)

    • Allah yağış və ildırımın ağasıdır (27—33)

36  Əlihu sözünə davam etdi:   «Bir az səbir elə, mən sənə izah edəcəyəm,Allahın lehinə deyiləsi sözüm var.   Bildiyim şeyləri ətraflı söyləyəcəyəm,Yaradanımın adil olduğunu bəyan edəcəyəm,+   Sözlərimdə qətiyyən yalan yoxdur.Bax, kamil bilik Sahibi+ önündədir.   Allah qüdrətlidir,+ heç kimi rədd etməz,Hikməti dərindir.   Şər adamı yaşatmaz,+Məzluma isə ədalət bəxş edər.+   Salehlərdən gözünü çəkməz,+Padşahlarla birgə taxta çıxarar*,+ onları əbədilik yüksəldər.   Əgər onlar buxovlansalar,Bədbəxtlik ipləri onları sarısa,   Onlara əməllərini,Təkəbbürlərindən doğan asiliklərini bildirər. 10  Onların qulaqlarını öyüdlərinə sarı açar,Onları pis yoldan dönməyə səsləyər.+ 11  Əgər Ona qulaq asıb qulluq edərlərsə,Ömrünün günlərini firavanlıq içində başa vurarlar,İlləri şad-xürrəm keçər.+ 12  Yox əgər qulaq asmasalar, qılınca tuş gələrlər,+Cəhalət içində ölüb gedərlər. 13  Allahsızlar ürəyində kin saxlayar. Allah onları buxovlayanda imdad diləməzlər. 14  Onlar cavan ikən ölürlər,+Ömürləri məbəd fahişələri*+ arasında keçir*. 15  Məzlumu isə Allah dardan qurtarır,Zülm-zillət çəkəndə qulağını iti edir*. 16  Səni bədbəxtliyin pəncəsinə vermir,+Hüdudsuz genişliyə çıxarır,+Səni ovundurur, önündə dolu süfrə açır.+ 17  Hökm veriləndə, ədalət bərqərar olanda,Şər adamlara çıxarılan hökmü görəndə rahatlıq tapacaqsan.+ 18  Amma bax, qəzəb səni bədxahlığa sürükləməsin,+Böyük rüşvət səni yoldan çıxarmasın. 19  Çarpışmağın, fəryadlarınSəni dərd-qubardan qoruyarmı?+ 20  İnsanın öz yerindən yox olduğu zamanı,Gecəni arzulama. 21  Özünü gözlə, şərə meyil salmayasan,Bunu əzabdan üstün tutmayasan.+ 22  Bax! Allah qüdrətilə ucadır,Onun kimi nəsihətçi varmı? 23  Kim Ona yol göstərə bilər?*+Kim Ona: “Səhv etmisən”, — deyə bilər?+ 24  Yadda saxla, Onun işlərini,+İnsanların tərənnüm etdiyi işləri ucaltmalısan.+ 25  Bəşər bu işləri gözü ilə görür,Fani insan bunları uzaqdan seyr edir. 26  Bəli, Allahın böyüklüyü ağlasığmazdır,+İlləri dərkedilməzdir.+ 27  O, su damlalarını yuxarı qaldırır,+Onlar Onun dumanından yağışa çevrilirlər. 28  Sonra buludlar yağışı yerə tökür,+Onlar bəşər üzərinə gur-gur yağır. 29  Buludların necə yayıldığını,Onun çadırından çaxan ildırımı kim dərk edə bilər?+ 30  Bax, şimşəyini onun üzərinə yayıb,+Dənizin dibini örtüb. 31  Bunlarla xalqları yaşadır*,Onlara bol-bol azuqə verir.+ 32  Şimşəyi ovcunda gizlədir,Hədəfinə doğru atır.+ 33  İldırım Onun carçısıdır,Hətta heyvanlar kimin* gəldiyini xəbər verir.

Haşiyələr

Digər variant: padşahları taxta çıxarar.
Məbədlərdə cinsi əlaqə üçün istifadə edilən kişilər.
Digər variant: bitir.
Yaxud qulağını açır.
Digər variant: kim Onun yolunu tənqid edə bilər?; Kim yoluna görə Onunla haqq-hesab çəkə bilər?
Digər variant: xalqları müdafiə edir.
Digər variant: nəyin.