Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 34:1—37

MÜNDƏRİCAT

  • Əlihu Allahın ədalətini və işlərini ucaldır (1—37)

    • Əyyubun dediyinə görə, Allah ondan ədaləti əsirgəyib (5)

    • Allah pislik, haqsızlıq etməz (10)

    • Əyyubun sözlərində hikmət yoxdur (35)

34  Sonra Əlihu dedi:   «Ey hikmətlilər, sözümü dinləyin, Ey bilik sahibləri, mənə qulaq asın.   Dil yeməyin dadını duyduğu kimi, Sözün də xiridarı qulaqdır.   Gəlin aramızda araşdıraq, Nəyin doğru, nəyin yaxşı olduğuna qərar verək.   Çünki Əyyub deyir: “Mən haqlıyam,+ Lakin Allah məndən ədaləti əsirgəyib.+   Layiq olduğum hökm barədə heç yalan danışarammı? Təqsirim yoxdur, amma yaram sağalmazdır”.+   Əyyub kimisi varmı? O, rişxəndləri su kimi qurtum-qurtum içir.   O, bədəməl adamlarla yoldaşlıq edir, Başına şər adamlar toplaşıb.+   Çünki o deyir: “Allahı razı salmaq İnsana xeyir gətirməz”.+ 10  İndi mənə qulaq asın, ey aqillər! Allah qətiyyən pislik etməz,+ Qüdrət Sahibi haqsızlıq etməz!+ 11  O, insana əməllərinə görə, Tutduğu yola görə əvəz verəcək.+ 12  Allah qətiyyən pislik etmir,+ Qüdrət Sahibi ədaləti təhrif etmir.+ 13  Kim dünyanı Ona əmanət edib? Kim bütün dünyanı Onun ixtiyarına verib? 14  Əgər insanlara gözünü zilləyib, Onların ruhunu, nəfəsini götürərsə,+ 15  Hamısı məhv olar, Bütün bəşər torpağa qayıdar.+ 16  Dərrakəniz varsa, bunlara diqqət yetirin, Sözümə diqqətlə qulaq asın. 17  Heç ədalət düşməni də ağalıq edər? İxtiyar sahibi salehdirsə, onu mühakimə edərsiniz? 18  Padşaha: “Yaramazsan”, Əsilzadəyə: “Şər adamsan”, — deyərsiniz?+ 19  Allah başçılara üzgörənlik etmir, Varlı ilə kasıb arasında fərq qoymur.+ Çünki hamısını Onun əlləri yaradıb.+ 20  Onlar bir göz qırpımında,+ hətta gecə yarısı+ ölə bilərlər. Onlar silkələnir və köçüb gedirlər. Qüdrət sahibləri də insan əli dəymədən yerlərindən götürülürlər.+ 21  Allah insanın yollarına baxır,+ Atdığı hər addımı görür. 22  Elə bir qaranlıq, elə bir zülmət yoxdur ki, Bədəməl adam orada gizlənə bilsin.+ 23  Allah heç kimə vaxt təyin etmir ki, Onun hüzuruna məhkəməyə gəlsin. 24  O, güclüləri sorğu-sualsız yıxır, Onların yerinə başqasını qoyur.+ 25  Çünki onların əməllərindən xəbərdardır,+ Gecə ikən onları yıxır, onlar məhv olurlar.+ 26  Şər əməllərinə görə onları Hamının gözü qabağında vurur.+ 27  Çünki Ondan döndülər, ardınca getmədilər,+ Yollarından heç birinə məhəl qoymadılar.+ 28  Yoxsulu vadar edirlər ki, Ona fəryad etsin. Məzlumun ah-naləsi Onun qulağına çatır.+ 29  Allah sükut edəndə kim Onu ittiham edə bilər? Üzünü xalqdan, ya insandan gizlədəndə kim Onu görə bilər? Bunları ona görə edir ki, 30  Allahsız adam ağalıq etməsin,+ Xalq üçün tələ qurmasın. 31  Kim Allaha deyə bilər: “Təqsirim olmaya-olmaya cəza çəkdim.+ 32  Bəlkə, nəsə gözümdən yayınıb, Sən mənə öyrət. Pis iş görmüşəmsə, bir də görmərəm”? 33  Sən Onun hökmünü rədd edirsənsə, necə sənə istədiyin mükafatı versin? Özün qərar ver, mən yox. Nə bilirsənsə, buyur, mənə danış. 34  Aqillər mənə deyəcək, Məni dinləyən hər müdrik adam deyəcək: 35  “Əyyub avam-avam danışır,+ Sözlərində məna yoxdur”. 36  Şər adamlar kimi danışdığı üçün Qoy Əyyub axıradək sınansın*. 37  Çünki günahının üstünə qiyam əlavə edir,+ Rişxəndlə qarşımızda çəpik vurur, Hey Allaha qarşı danışır».+

Haşiyələr

Digər variant: Atam, qoy Əyyub sınansın.