Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 33:1—33

MÜNDƏRİCAT

  • Əyyub özünü Allahdan haqlı saydığı üçün Əlihu onu qınayır (1—33)

    • Allah fidyə tapır (24)

    • Cavanlıqdakı gümrahlığa qayıdış (25)

33  İndi isə, Əyyub, məni dinlə, Sözlərimə qulaq as.   Ağzımı açacağam, Dilim danışacaq.   Sözlərim ürəyimin düzlüyündən xəbər verir,+ Dilim bildiklərimi düz danışacaq.   Məni yaradan Allahın ruhudur,+ Mənə həyat verən Qüdrət Sahibinin nəfəsidir.+   Bacarırsansa, mənə cavab ver, Dəlillərini gətir, çıx qarşıma.   Bax, Allahın önündə mən də, sən də eyniyik, Mən də gildən düzəldilmişəm.+   Buna görə məndən qorxma, Sözlərim ağır olub səni əzməsin.   Ancaq dediklərin qulağımdadır, Sözlərini indi də eşidirəm.   Deyirsən: “Mən pakam, təqsirsizəm,+ Təmizəm, qəbahətim yoxdur.+ 10  Lakin Allah mənə qarşı bəhanə axtarır, Məni Özünə düşmən sanır.+ 11  Ayaqlarıma buxov vurursan, Bütün yollarımı araşdırırsan”.+ 12  Bu yerdə sən haqsızsan, budur sənə cavabım: Allah fani insandan qat-qat üstündür!+ 13  Niyə Ondan şikayətlənirsən?+ Sənin heç bir sözünə cavab vermədiyi üçün?+ 14  Heç kim məhəl qoymasa da, Allah bir kərə deyir, iki kərə deyir 15  Gecə yuxuda, röyada,+ İnsan dərin yuxuya gedəndə, Yatağında uyuyanda. 16  O vaxt onun qulağını açır,+ Ona nəsihətini aşılayır ki, 17  İnsanı pis əməldən döndərsin,+ Təkəbbürdən uzaq saxlasın.+ 18  Allah insanın canını qəbirdən*,+ Həyatını qılıncdan qoruyur. 19  Həm də yatağında çəkdiyi ağrılar, Sümüklərində kəsilməyən sızıltılar insana nəsə öyrədir. 20  Bütün varlığı ilə çörəkdən ikrah edir, Ləziz təamı belə, rədd edir.+ 21  Əti əriyib yox olur, Sümükləri üzə çıxır. 22  Canı qəbrə, Həyatı ölüm gətirənlərə yaxınlaşır. 23  Bir qasid*, Mininin içindən bir havadar İnsana əməlisalehliyi öyrədərsə, 24  Allah ona lütf göstərib deyər: “Onu qəbirdən qurtar!+ Mən fidyə tapmışam!+ 25  Qoy bədəni gənclik çağındakından da təravətli* olsun,+ Cavanlıqdakı gümrahlığına qayıtsın”.+ 26  O yalvarar,+ Allah onu qəbul edər. O, sevinc hayqırtısı ilə Allahın camalına baxar, Allah da fani insanı yenidən Öz doğruluğuna qovuşdurar. 27  Onda insan başqalarına car çəkər: “Günah etdim,+ düzü əyri etdim, Lakin layiqli cəzamı almadım*. 28  O, canımı qurtardı, qəbrə düşməyə qoymadı,+ Həyat nuru görəcəyəm”. 29  Bəli, Allah bütün bunları İnsan üçün iki dəfə, üç dəfə edir ki, 30  Onu qəbirdən qaytarsın, Həyat nuru ilə işıqlandırsın.+ 31  Diqqət ver, Əyyub, bir qulaq as! Sükut eylə, qoy sözümə davam edim. 32  Gəl ki deməyə sözün varsa, de mənə. Danış, səni haqlı çıxarmaq istəyirəm. 33  Amma sözün yoxdursa, məni dinlə, Sükut eylə, qoy sənə hikmət aşılayım».

Haşiyələr

Yaxud çuxurdan.
Yaxud mələk.
Yaxud sağlam.
Digər variant: bu, mənə xeyir gətirmədi.