Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 3:1—26

MÜNDƏRİCAT

  • Əyyub doğulduğu günü lənətləyir (1—26)

    • Əzablarının səbəbini arayır (20, 21)

3  Sonra Əyyub sözə başlayıb doğulduğu günə lənət yağdırdı.+  Əyyub belə dedi:   «Kaş nə doğulduğum gün olaydı,+ Nə də “ana bətninə bir oğul düşdü” deyilən gecə.   Kaş o gün zülmət olaydı, Allah göydən ona nəzər salmayaydı, İşıq üzü görməyəydi.   Kaş o gün zülmətə qərq olaydı, Üzərinə qara bulud enəydi, Kaş qaranlıq onu dəhşətə salaydı.   O gecə! Kaş o gecəni zil qaranlıq bürüyəydi,+ Kaş ilin günləri içində ona sevinc nəsib olmayaydı, Ayın günləri sırasına düşməyəydi.   Kaş o gecə qısır olaydı, Kaş o vaxt şənlik səsi olmayaydı.   Kaş günlərə lənət oxuyanlar o günə lənət yağdıraydı, Kimlər ki livyatanı*+ oyatmağa qadirdir.   Kaş onun dan ulduzları sönəydi, Kaş işığa həsrət qalaydı, Sübh şəfəqini görməyəydi. 10  O, anamın bətninin qapılarını bağlamadı,+ Əzab-əziyyəti məndən gizlətmədi. 11  Niyə doğulan kimi ölmədim? Niyə ana bətnindən çıxanda ölmədim?+ 12  Niyə məni qucağa* aldılar, Niyə mənə döş verdilər? 13  İndi rahatca uzanmışdım,+ Yatırdım, dincəlirdim,+ 14  Tikdikləri viranə qalmış* Dünya padşahları ilə, vəzirlərilə, 15  Evlərini gümüşlə doldurmuş, Qızıl toplamış rəhbərlərlə. 16  Axı niyə ölü doğulmuş, İşıq üzü görməyən uşaqlar kimi olmadım? 17  Orada şər adamların acığı bitir, Taqətsizlər dincəlir,+ 18  Məhbuslar rahatlıq tapır, Onları işlədənlərin səsini eşitmirlər. 19  Orada kiçik də, böyük də eynidir,+ Qul ağasından azaddır. 20  Axı niyə Allah əzab çəkənə işıq verir? Niyə həyatı acı olanı yaşadır?+ 21  Nə üçün ölüm arzulayanlar ölüm tapmır?+ Axı onlar dəfinə axtarmaqdan çox bunu axtarırlar, 22  Qəbir tapanda xoşbəxt olurlar, Sevinib-şadlanırlar. 23  Niyə Allah hər tərəfdən sədd qoyduğu insana, Yolu-izi itirmiş adama işıq verir?+ 24  Ah-naləm yeməyimə qarışıb,+ Ah-zarım+ su kimi axır. 25  Çünki qorxduğum şey başıma gəlib, Hürkdüyüm şey qabağıma çıxıb. 26  Rahatlığım, dincliyim, sakitliyim yoxdur, Əzablarım qurtarmır ki qurtarmır».

Haşiyələr

Ehtimala görə, timsah, yaxud başqa iri, güclü su heyvanıdır.
Yaxud diz üstünə.
Digər variant: özləri üçün boş, kimsəsiz yerlər tikmiş.