Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 29:1—25

MÜNDƏRİCAT

  • Əyyub imtahandan qabaqkı xoşbəxt günlərini xatırlayır (1—25)

    • Şəhər darvazasında hörməti vardı (7—10)

    • Haqq-ədalət yolundan ayrılmırdı (11—17)

    • Hamı məsləhətini dinləyirdi (21—23)

29  Əyyub sözünə davam etdi:   «Kaş ötən çağlarıma qayıda biləydim, Allahın məni hifz etdiyi günlərə.   O vaxtlar çırağı başımın üstündə işıq saçardı, Onun nuru ilə qaranlığı yarıb-keçərdim.+   Həyatımın coşqun çağlarını yaşayırdım, Çadırımda Allahın dostluğunu duyurdum,+   Qüdrət Sahibi hələ mənimlə idi, Balalarım* ətrafımda idi.   O vaxtlar ayaqlarım qaymaq içində idi, Qayalardan mənə yağ süzülürdü.+   Şəhər darvazasına çıxardım,+ Meydanda əyləşərdim.+   Cavanlar məni görəndə yol verərdi, Hətta yaşlılar ayağa durub dayanardı,+   Başçılar susub danışmazdı, Əlləri ilə ağzını yumardı. 10  Bəylər dilini udardı, Səsləri çıxmazdı. 11  Söhbətimi eşidənlər barəmdə xoş sözlər deyərdi, Məni görənlər  xeyrimə danışardı. 12  Çünki mən imdad diləyən kasıbı,+ Yetimi, kimsəsizi qurtarırdım.+ 13  Həlakdan qurtardığım fəqirlər mənə xeyir-dua verərdi,+ Dul qadının qəlbini şad edərdim.+ 14  Mən salehliyi geyinirdim, Ədalətim mənə əba kimi, çalma kimi idi. 15  Korlara göz, Topallara ayaq idim, 16  Kasıblara ata idim,+ Yadların işinə baxardım,+ 17  Günahkarın əngini əzərdim,+ Ovunu dişindən dartıb alardım. 18  Deyərdim: “Günlərim qum qədər olacaq, Son nəfəsimi ocağımda verəcəyəm,+ 19  Köklərim sulara gedib-çıxacaq, Budaqlarımda şeh gecələyəcək. 20  Şöhrətim solmayacaq, Əlimdə kamanım dönə-dönə atacaq”. 21  İnsanlar məni intizarla dinləyərdi, Susub məsləhətimi gözləyərdi.+ 22  Sözümün üstündən deməyə söz tapmazdılar, Sözüm onların qulağına xoş gələrdi. 23  Yağışı gözləyəntək məni gözləyərdilər, Sözlərimi bahar yağışıtək içərdilər.+ 24  Üzlərinə gülümsəyəndə gözlərinə inanmazdılar, Üzümün nuru onlara arxayınlıq verərdi*. 25  Başçı kimi onlara yol göstərərdim. Mən qoşunlarının içində padşah kimi,+ Yaslılara təsəlli verən kimi yaşayırdım.+

Haşiyələr

Yaxud nökərlərim.
Digər variant: üzümün nurunu tutqunlaşdırmazdılar.