Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 28:1—28

MÜNDƏRİCAT

  • Əyyub yerin sərvətini hikmətlə müqayisə edir (1—28)

    • İnsan əməyi (1—11)

    • Hikmət mirvaridən də qiymətlidir (18)

    • Yehovadan qorxmaq əsil hikmətdir (28)

28  Bəli, gümüşün mədəni var, Qızılı saflaşdırmaq üçün yer var.+   Dəmir torpaqdan çıxarılır, Mis qayalardan alınır.+   İnsan qaranlığı məğlub edir, Sonacan zülmətdə, qaranlıqda Filiz axtarır.   Yurdlardan uzaqlarda, insan ayağı dəyməmiş, Xatırlanmayan yerlərdə mədən açır. Bəziləri kəndirdən sallanıb aşağı enir.   Yerin üstündə azuqə yetişir, Altı isə, sanki, alovdan təlatümə gəlir*.   Orada daşlarda göy yaqut, Torpaqda qızıl var.   Oranın yolunu yırtıcı quşlar bilməz, Qara çalağanın gözü görməz,   Məğrur heyvanlar oranı tapdalamayıb, Oraya gənc aslanın ayağı dəyməyib.   İnsan əli çaxmaqdaşını çapır, Dağları yerindən oynadır. 10  Qayalıqda su arxları+ açır, Gözü hər cür qiymətli daşı sezir. 11  Çayların mənbəyinə bənd qoyur, Gizlini aşkara çıxarır. 12  Bəs hikməti haradan tapmaq olar?+ Dərrakənin mənbəyi haradır?+ 13  Onun qiymətini insan bilməz,+ O, işıqlı dünyada* tapılmaz. 14  Dərin sular deyir: “Məndə yoxdur!” Dəniz də deyir: “Məndə yoxdur!”+ 15  O, saf qızılla alınmaz, Onun dəyərində gümüş çəkilə bilməz,+ 16  Ofir qızılına,+ Damarlı əqiqə, göy yaquta satılmaz. 17  Qızıl və şüşə ona tay ola bilməz, Xalis qızıl qaba dəyişilməz.+ 18  Yanında mərcanın, dağ büllurunun adı belə, çəkilməz,+ Çünki hikmət mirvaridən də qiymətlidir. 19  Kuş topazı+ ona tay ola bilməz, Onu ən saf qızıla ala bilməzsən. 20  Bəs hikmət haradan gəlir? Dərrakənin mənbəyi haradır?+ 21  O, bütün canlıların gözündən gizlidir,+ Göydə uçan quşlardan da gizlədilib. 22  Həlak və ölüm deyir: “Qulağımız ancaq sorağını eşidib”. 23  Onun məskənini yalnız Allah bilir, O bilir onu necə tapmaq olar.+ 24  Çünki O, dünyanın ucqarlarınadək baxır, Səma altında hər şeyi görür.+ 25  O, küləyə+ güc verəndə, Suları ölçəndə,+ 26  Yağışa qanun qoyanda,+ Qara buluda, şimşəyə yol cızanda,+ 27  Hikməti gördü, onu izah etdi, Onu hazırladı, onu sınadı. 28  İnsana dedi: “Yehovadan qorxmaq, bax budur hikmət,+ Pislikdən uzaq durmaq, budur dərrakə!”»+

Haşiyələr

Görünür, söhbət qazıntı işlərindən gedir.
Hərfən: dirilər ölkəsində.