Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 27:1—23

MÜNDƏRİCAT

  • Əyyub paklığını qorumaq qətiyyətindədir (1—23)

    • «Son nəfəsimədək təmiz qalacağam!» (5)

    • Allahsız adam üçün ümid yoxdur (8)

    • «Niyə boş-boş danışırsınız?» (12)

    • Pis adamın alacağı pay (13—23)

27  Əyyub sözünə davam etdi:   «Ədaləti mənə çox görən,+ məni incidən+Qüdrət Sahibinə, Allaha and olsun!   Nə qədər ki nəfəsim gedib-gəlir,Burnumda Allahın verdiyi ruh var,+   Ağzımdan heç bir haqsızlıq çıxmayacaq,Dilim yalan danışmayacaq!   Əsla sizə haqq qazandırmaram! Mən son nəfəsimədək sadiq qalacağam*!+   Salehliyimi qoruyacağam, əldən verməyəcəyəm!+Nə qədər ki sağam, ürəyim məni qınamayacaq.   Qoy düşmənim pis adama,Mənə hücum edən günahkara tay olsun.   Allahsız adam məhv olanda,+ Xudavənd canını alanda,Ümidi nəyə qalar?   Başına dərd-bəla gələndəAllah onun fəryadını eşidəcəkmi?+ 10  Qüdrət Sahibi onun sevinci olacaqmı? O, Allaha gecə-gündüz yalvaracaqmı? 11  Sizə Allahın qüdrəti haqqında bilik verəcəyəm*,Qüdrət Sahibi barəsində heç nə gizlətməyəcəyəm. 12  Əgər hamınız vəhylər almısınızsa,Onda niyə boş-boş danışırsınız? 13  Pis adamın Allahdan alacağı pay,+Zülmkarın Qüdrət Sahibindən alacağı miras budur. 14  Oğulları çoxalsa da, qılıncdan öləcək,+Nəsli qarındolusu çörək yeməyəcək. 15  Ondan sonra sağ qalanlar bəladan tələf olacaq,Dul qalmış arvadları onlardan ötrü ağlamayacaq. 16  Qum qədər gümüş yığıb-toplasa da,Gil yığını kimi libası üst-üstə yığsa da, 17  Qoy yığsın,Onları saleh geyəcək,+Gümüşünü məsumlar bölüşdürəcək. 18  Tikdiyi ev möhkəm deyil, sanki, güvə komasıdır,Gözətçi çardağı+ kimidir. 19  O, varlı-hallı yatacaq, məhsulu biçilməyəcək,Bir də gözünü açacaq ki, lüt-üryan qalıb. 20  Dəhşət üstünə sel kimi gələcək,Gecə vaxtı tufan onu alıb aparacaq.+ 21  Şərq küləyi onu sovuracaq, o yox olacaq,Onu yerindən süpürüb aparacaq.+ 22  O qaçıb canını qurtarmaq istəyəndə+Külək amansızcasına üstünə atılacaq,+ 23  Öz məskənindən çəpik çalıb bu adama lağ edəcək,Onu fitə basacaq*.+

Haşiyələr

Yaxud təmizliyimi qoruyub-saxlayacağam.
Digər variant: sizə Allahın əli ilə bilik verəcəyəm.
Digər variant: onlar məskənlərindən çəpik çalıb bu adama lağ edəcəklər, onu fitə basacaqlar.