Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 26:1—14

MÜNDƏRİCAT

  • Əyyubun cavabı (1—14)

    • «Gücsüz adama əcəb kömək etdin!» (1—4)

    •  Allah Yeri heçlikdə asıb (7)

    • Allahın işlərinin bir zərrəsi (14)

26  Əyyub belə cavab verdi:   «Gücsüz adama əcəb kömək etdin! Taqətsiz qolu əcəb xilas etdin!+   Hikmətsiz adama necə gözəl məsləhət verdin!+ Ağıl-kamalını ortaya qoydun!   Bu sözləri kimə deyirsən? Kimdən təb alıb bunları deyirsən?   Ölümün dustaqları tir-tir titrəyir. Onlar dənizdən, dənizdəki məxluqlardan aşağıdadır.   Allahın qarşısında Məzar* çılpaqdır,+ Qara torpaq* açıqdır.   O, şimal səmasını boşluğun üzərinə sərib,+ Yeri heçlikdə asıb.   Suları buludlarına bükür ki,+ Buludlar ağırlıqdan yırtılmasın.   Buludları taxtının üzərinə yayaraq+ Onu gözdən gizlədir. 10  Suların səthində üfüq cızır,+ İşıqla qaranlıq arasında sərhəd qoyur. 11  Göyün sütunları silkələnir, Onun səsindən donub qalır. 12  O, qüvvətilə dənizi çalxalayır,+ Dəniz əjdahasını* hikmətilə parça-parça edir.+ 13  Nəfəsilə* göyü aydın edir, Onun əli sürünən ilanı əzir. 14  Bütün bunlar Onun işlərinin bir zərrəsidir,+ Onun haqqında eşitdiyimiz zəif bir pıçıltıdır! Bəs onda möhtəşəm gurultusunu kim anlaya bilər?»+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Hərfən: həlak yeri.
Hərfən: rahabı.
Yaxud küləklə.