Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 24:1—25

MÜNDƏRİCAT

  • Əyyubun cavabının davamı (1—25)

    • Niyə Allah hökm vaxtını təyin etmir? (1)

    • Allahın pisliyə məhəl qoymadığını deyir (12)

    • Günah sahibləri qaranlığı sevirlər (13—17)

24  Niyə Qüdrət Sahibi hökm vaxtını təyin etmir?+ Niyə Onu tanıyanlar Onun gününü* görmür?   Adamlar sərhəd nişanlarını dəyişdirir,+ Qoyun-quzuları oğurlayıb öz örüşlərinə aparır.   Yetim-yesirin ulağını aparırlar, Dul qadının öküzünü girov götürürlər.+   Kasıb-kusubu itələyib yoldan salırlar. Dünyanın fağırları gizlənməyə məcburdur.+   Kasıblar çöl eşşəyi+ kimi yemək axtarır, Balaları üçün çöl-biyabanda çörək axtarır.   Başqasının tarlasında məhsul toplamalı olurlar*, Şər adamın üzümlüyündə başaq yığırlar.   Gecə çılpaq yatırlar,+ Soyuqda üstlərini örtməyə heç nələri yoxdur.   Dağlarda yağan leysandan islanırlar, Daldalanacaq tapmayıb qayaya sığınırlar.   Şər adamlar atasız uşağı döşdən ayırır.+ Yoxsulların paltarını girov götürürlər.+ 10  Onları vadar edirlər ki, lüt, çılpaq, Ac-yalavac taxıl dərzləri daşısınlar. 11  Günorta istidə bağ hasarları arasında əlləşirlər*, Üzümsıxanda üzüm tapdalayır, özləri isə susuzluqdan yanırlar.+ 12  Şəhərdən ölənlərin zarıltısı gəlir, Ağır yaralanmış adamlar imdad diləyir,+ Allah isə bütün bunlara məhəl qoymur*. 13  Elələri var ki, nura qarşı çıxır,+ Nurun yolunu tanımır, Yolları ilə getmirlər. 14  Qatil gün doğanda qalxır, Fağırı, kasıbı öldürür,+ Gecə isə oğurluq edir. 15  Zinakar qaş qaralan vaxtı gözləyir.+ “Heç kim məni görməz!”+ — deyib Üzünü örtür. 16  Onlar qaranlıqda ev yarır, Gündüz çölə çıxmır, Gün işığından qaçır.+ 17  Səhər onlar üçün zülmətə bərabərdir, Axı zülmətin dəhşəti onlara tanışdır. 18  Di gəl, sel-su onları sürətlə aparır, Torpaqları lənətlənəcək,+ Üzüm bağlarına qayıtmayacaqlar. 19  Quraqlıq və isti qarı əridib apardığı kimi, Məzar* da günahkarı aparacaq.+ 20  Anası onu unudacaq, torpaq qurdu bədənini yeyəcək, Xatirələrdən silinəcək.+ Haqsızlıq ağactək qırılıb-sınacaq. 21  Günahkar adam sonsuz qadını soyub-talayır, Dul qadına haqsızlıq edir. 22  Allah qoluzorluları qüdrəti ilə yıxacaq. Yüksəlsələr də, onların həyatına zəmanət yoxdur. 23  Allah yol verir ki, onlar arxayın-arxayın yaşasınlar,+ Amma onların hər addımına göz qoyur.+ 24  Qısa müddətə ucalır, sonrasa yox olurlar.+ Aşağı salınırlar,+ hamı kimi, onları da yığırlar, Sünbül kimi kəsirlər. 25  İndi kim məni yalançı çıxara bilər? Kim sözümü təkzib edə bilər?»

Haşiyələr

Yəni Onun hökm gününü.
Digər variant: tarlada yem toplamalı olurlar.
Digər variant: yağ sıxırlar.
Digər variant: Allah heç kimi təqsirli çıxarmır.
İbr. şeol. Lüğətə bax.