Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 22:1—30

MÜNDƏRİCAT

  • Əlifəzin üçüncü nitqi (1—30)

    • İnsandan Allaha xeyir varmı? (2, 3)

    • Əyyubu xəsislikdə və haqsızlıqda ittiham edir (9)

    • Allaha tərəf qayıtsan, firavanlığın qayıdar (23)

22  Təhmani Əlifəz+ belə cavab verdi:   «İnsandan Allaha nə fayda? Ağıllı adamın Ona nə xeyri?+   Məgər sənin salehliyin Qüdrət Sahibinə lazımdır*? Yoxsa təmiz həyatının Ona xeyri var?+   Heç möminliyinə görə Allah sənə cəza verər? Səninlə çəkişər?   Məgər bu, sənin hədsiz pisliyinə görə deyil? Bitib-tükənməyən təqsirlərinə görə deyil?+   Nahaqdan qardaşlarından girov götürürsən, Camaatı soyub lüt qoyursan.+   Yorğun adamdan bir qurtum suyu, Ac adamdan bir tikə çörəyi əsirgəyirsən.+   Torpaq güclünün əlindədir,+ Orada sevilib-seçilmişlər yaşayır.   Sən isə dul qadınları əliboş qaytardın, Yetimlərin qol-qanadını qırdın. 10  Buna görə ətrafına tələlər düzülüb,+ Qəfil qorxu səni sarsıdır, 11  Buna görə zülmətdəsən, gözün görmür, Azğın sular səni qərq edir. 12  Məgər Allah uca göylərdə deyil? Ulduzlara bax, gör necə yüksəkdədirlər. 13  Sən isə deyirsən: “Allah nə bilir? Zülmətin arxasından O, necə mühakimə edə bilər? 14  O, göy qübbəsi üzərində gəzişəndə Buludlar Onun qabağını kəsir ki, görməsin”. 15  Sən pis adamların qoyduğu Qədim yolla gedəcəksən? 16  Ölüm onları vaxtından əvvəl haqlayıb, Bünövrələrini sel yuyub-aparıb.+ 17  Allaha deyirdilər: “Bizdən əl çək! Qüdrət Sahibi bizə nə edə bilər?” 18  Gəl ki onların evini naz-nemətlə dolduran O olub. (Mənsə belə pis fikirlərdən uzağam.) 19  Salehlər onların məhvini görüb sevinəcək, Məsumlar onlara güləcək: 20  “Düşmənlərimiz qırıldı, Onlardan nə qaldısa, yanıb kül oldu”. 21  Gəl sən Allahı tanı, onda rahatlıq taparsan, Xeyir taparsan. 22  Onun ağzından çıxan qanunu eşit, Sözlərini ürəyində+ saxla. 23  Qüdrət Sahibinə tərəf qayıtsan, əvvəlki firavanlığın qayıdar.+ Haqsızlığı çadırından uzaqlaşdırsan, 24  Qızıl külçələrini torpağa, Ofir qızılını+ daşlı dərəyə atsan, 25  Qüdrət Sahibi sənin qızılın, Sənin xalis gümüşün olar. 26  Qüdrət Sahibi sənin sevincin olar, Başını qaldırıb Allaha baxarsan. 27  Ona yalvararsan, səni eşidər, Nəzirlərini yerinə yetirərsən. 28  Niyyətlərin baş tutar, Yoluna nur ələnər. 29  Lakin lovğalansan, rəzil olarsan. Həlim adamı isə O xilas edər. 30  O, məsumu qurtarar. Əlin təmizdirsə, sən də mütləq qurtularsan».

Haşiyələr

Yaxud xoşdur.