Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 21:1—34

MÜNDƏRİCAT

  • Əyyubun cavabı (1—34)

    • «Nə üçün şər adam uzun ömür sürür?» (7—13)

    • Yoldaşlarını ifşa edir (27—34)

21  Əyyub belə cavab verdi:   «Mənə yaxşı-yaxşı qulaq asın, Onda mənə təsəlli vermiş olarsınız.   Bir az səbir edin, mən danışım, Sonra lağ edərsiniz.+   Məgər mən şikayətimi insana ərz edirəm? Belə olsaydı, hövsələm daralmazdı?   Üzümə baxın, mat qalın, Əlinizi ağzınızın üstünə qoyun.   Bu haqda düşünəndə özümə yer tapmıram, Bütün bədənim əsir.   Nə üçün şər adam uzun ömür sürür,+ Yaşa dolur, var-dövləti başından aşır?+   Övladları daim gözünün qabağındadır, Nəvə-nəticə görür.   Evində əmin-amanlıq var, qorxu-hürküdən uzaqdır,+ Allah dəyənəyilə onu vurmur. 10  Buğası cütləşir, toxumu hədər getmir, İnəyi doğur, bala salmır. 11  Oğulları dəstə-dəstə çölə qaçır, Uşaqları atılıb-düşür. 12  Avazlarını qavalla, çənglə qoşa yüksəldirlər, Ney səsi altında şadlanırlar.+ 13  Onlar firavan ömür sürür, Məzara* da rahatca enirlər. 14  Amma Allaha deyirlər: “Bizdən əl çək! Sənin yolunu tanımaq istəmirik.+ 15  Qüdrət Sahibi kimdir ki, Ona qulluq edək?+ Onu tanımaqla nə qazanacağıq?”+ 16  Amma bilirəm ki, onların firavanlığı öz əllərində deyil.+ Şər adamın düşüncəsi* məndən uzaqdır.+ 17  Çox görmüsünüz, pislərin çırağı sönsün?+ Bəlaya düçar olsunlar? Xudavənd qəzəblənib onları məhv etsin? 18  Onlar nə vaxtsa küləyin qovduğu saman çöpü kimi, Qasırğanın sovurduğu çör-çöp kimi olublar? 19  Allah adamın cəzasını oğullarına saxlayacaq. Amma qoy Xudavənd onun özünə çəkdirsin ki, o, bunu bilsin.+ 20  Qoy o, məhvini öz gözləri ilə görsün, Qüdrət Sahibinin qəzəbini özü içsin.+ 21  Çünki ömrünün ayları yarıda kəsilsə,+ Ölüb-gedəndən sonra ona nə, övladları ilə nə olacaq? 22  Məgər kimsə Allaha bilik verə bilər?+ O ki yüksəklərdə olanları mühakimə edir.+ 23  Bir adam dərd-səri olmadan ölür, Bədəni gümrah,+ 24  Budları yoğun, Sümükləri qüvvətli halda ölür. 25  O birisi isə dərd içində, Həyatdan kam almamış ölür. 26  İkisi də torpaqda uyuyacaq,+ İkisinin də bədəninə qurdlar daraşacaq.+ 27  Sizin fikirlərinizdən, Mənə yamanlıq etmək üçün* qurduğunuz fəndlərdən agaham.+ 28  Deyirsiniz: “Hanı əsilzadənin evi? Hanı şər adamın çadırı, hanı onun məskəni?”+ 29  Yolçulardan soraqlamadınız? Onların müşahidəsini araşdırıb-öyrənmədiniz ki, 30  Fəlakət günündə şər adama aman verilir, Qəzəb günündə o qurtulur? 31  Kim onun hərəkətini üzünə vurar, Əməllərinin heyfini çıxar? 32  Bəli, o, qəbiristanlığa aparılacaq, Qəbrinin keşiyində duracaqlar. 33  Torpaq ona xoş olacaq.+ Bütün bəşər onun ardınca gedir,+ Ondan qabaq gedənlərin də sayı bilinmir. 34  Belə isə, boş təsəlliniz nəyimə gərəkdir?+ Sözləriniz başdan-başa yalandır!»

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Yaxud məsləhəti; fitnəsi.
Digər variant: mənə zülm etmək üçün.