Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 20:1—29

MÜNDƏRİCAT

  • Söfərin ikinci nitqi (1—29)

    • Əyyubun qınağı şəninə toxunur (2)

    • Əyyubun şər adam olduğuna eyham vurur (5)

    • Əyyubun pislikdən xoşlandığına işarə edir (12, 13)

20  Nəhmati Söfər+ belə cavab verdi:   «Bunlar məni təşvişə salıb,Düşüncələrim məni rahat qoymur, danışmağa vadar edir.   Eşitdiyim qınaq şənimə toxunur,Ağlım məcbur edir ki, cavab verim.   Özün də bilirsən ki,Bəşər* xəlq ediləndən bəri+   Şər adamın sevinc harayı qısa çəkir,Allahsızın şadlığı ani olur.+   Əzəməti göylərə ucalsa da,Başı buludlara dəysə də,   Öz nəcisi kimi əbədilik yox olacaq,Onu görənlər: “O, haradadır?” — deyə soruşacaqlar.   Xəyal kimi uçub-gedəcək, tapılmayacaq,Gecə röyası kimi qovulacaq.   Nə onu görmüş göz,Nə də məkanı onu bir daha görməyəcək.+ 10  Övladları kasıb-kusubdan lütf diləyəcək,Sərvətini öz əli ilə geri verəcək.+ 11  Bir vaxtlar sümüklərinə dolmuş gənclik qüvvəsiOnunla bərabər torpaq altında yatacaq. 12  Pislik ağzında şərbət dadsa da,Onu dilinin altında gizlətsə də, 13  Əzizləyib bəsləsə də,Damağında saxlasa da, 14  Loğması qarnında turşuyacaq,İçində ilan* zəhərinə dönəcək. 15  Yediyi var-dövləti qusacaq,Allah qarnından çıxaracaq. 16  O, ilan zəhərini əməcək,Gürzə onu çalıb öldürəcək. 17  Gözləri bir daha gur suları,Yağ, bal sellərini görməyəcək. 18  Topladığı mal-mülkü geri verəcək, yeyə bilməyəcək,Ticarətdən qazandığı var-dövlət ona sevinc gətirməyəcək.+ 19  Çünki kasıb-kusubu əzib-tapdalayıb,Özü tikmədiyi evi ələ keçirib. 20  Qəlbində rahatlıq olmayacaq,Var-dövləti onu qurtarmayacaq. 21  Aşırıb yeməyə heç nə qalmayıb,Ona görə firavanlığı uzun sürməyəcək. 22  Var-dövləti başından aşanda rahatlığını itirəcək,Bədbəxtlik var qüvvəsilə onun üstünə gələcək. 23  O, qarnını doydurandaAllah şiddətli qəzəbini onun üzərinə tökəcək,Hiddətini üzərinə yağdıracaq, gedib bağırsaqlarına çatacaq. 24  O, dəmir silahın qabağından qaçandaMis kamandan atılan oxlar onu dəlib-deşəcək. 25  Oxu kürəyindən,Bərq vuran oxu öd kisəsindən çıxarır,Onu dəhşət bürüyür.+ 26  Xəzinəsi zülmətə nəsib olacaq,Heç kimin yelləyib alışdırmadığı od onu yandıracaq,Çadırında sağ qalanın vay halına! 27  Göylər onun paxırını açacaq,Yer ona qarşı qalxacaq. 28  Leysan yağış evini uçurub aparacaq.Bəli, Allahın qəzəb günündə sellər coşacaq. 29  Budur şər adamın Allahdan aldığı pay,Budur Allahın ona ayırdığı miras».

Haşiyələr

Yaxud Adəm.
Kobra.