Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 2:1—13

MÜNDƏRİCAT

  • Şeytan yenə Əyyubun kamilliyinə şəkk gətirir (1—5)

  • Şeytan Əyyubu azara düçar edir (6—8)

  • Əyyubun arvadı: «Lənət et Allaha, öl qurtar!» (9, 10)

  • Əyyubun üç yoldaşının gəlişi (11—13)

2  Bir gün yenə Allah oğulları+ Yehovanın hüzuruna gəldilər.+ Şeytan da onların arasında Yehovanın hüzuruna gəldi.+  Yehova Şeytandan soruşdu: «Haradan gəlirsən?» «Dünyanı gəzib-dolaşırdım»,+ — deyə Şeytan Yehovaya cavab verdi.  Yehova ona dedi: «Qulum Əyyuba fikir verdin? Dünyada onun kimi dürüst, kamil,*+ Allahdan qorxan, şərdən uzaq duran ikinci adam yoxdur. Nahaqdan Məni vadar edirsən ki, onu məhv edim,+ halbuki o, kamilliyindən dönmür».+  Şeytan Yehovaya cavab verdi: «Dəri əvəzinə dəri! İnsan canından ötrü hər şeyini verər.  Əlini uzadıb onun ətinə, sümüyünə toxun, o, düz Sənin üzünə lənət edəcək».+  Onda Yehova Şeytana dedi: «Budur, o, sənin ixtiyarındadır. Təkcə canına dəymə!»  Beləliklə, Şeytan Yehovanın hüzurundan çıxıb getdi və Əyyubu təpədən-dırnağacan ağrıyan çibanlarla+ vurdu.  Əyyub yaralarını qaşımaq üçün bir saxsı parçası götürüb külün içində oturdu.+  Axırda arvadı ona dedi: «Sən hələ də kamil qalmaq istəyirsən? Lənət et Allaha, öl qurtar!» 10  «Lap səfeh qadınlar kimi danışırsan. Deyirsən, Allahdan ancaq yaxşı şeyləri qəbul edək, pis şeyləri qəbul etməyək?»+ — deyə Əyyub cavab verdi. Bütün bunların müqabilində Əyyubun dilindən ona günah qazandıran bir kəlmə söz çıxmadı.+ 11  Əyyubun başına gəlmiş bu müsibətləri eşidən üç yoldaşı — təhmani Əlifəz+, şuhi+ Bildad+ və nəhmati Söfər+ — hər biri öz məmləkətindən yola düşüb gəldi. Onlar danışdılar ki, birlikdə Əyyubun yanına gedib onun dərdinə şərik olsunlar və ona təsəlli versinlər. 12  Bu kişilər uzaqdan baxanda Əyyubu tanımadılar. Hönkür-hönkür ağlayıb yaxalarını cırdılar və torpaq götürüb başlarına tökdülər.+ 13  Yeddi gün, yeddi gecə Əyyubla birgə yerdə oturdular. Heç biri ağzını açıb söz demədi, axı görürdülər ki, onun dərdi böyükdür.+

Haşiyələr

Yaxud eyibsiz.