Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 19:1—29

MÜNDƏRİCAT

  • Əyyubun cavabı (1—29)

    • Yoldaşlarının qınaqlarını rədd edir (1—6)

    • «Tanış-biliş məndən üz döndərib» (13—19)

    • «Xilaskarım yaşayır» (25)

19  Əyyub belə cavab verdi:   «Nə vaxtadək məni təngə gətirəcəksiniz,+Sözlərinizlə məni əzəcəksiniz?+   Dönə-dönə* məni qınadınız*,Utanmadan mənimlə kobud davranırsınız.+   Tutalım, mən səhv etmişəm,Babalı öz boynuma.   İndi ki özünüzü üstün tutursunuz,Aldığım tənbehə layiq olduğumu deyirsiniz,   Bilin ki, məni Allah çaşqınlığa salıb,O, torunu üstümə atıb, məni ovlayıb.   “Zülm!” — deyə fəryad edirəm, hay verən yoxdur,+İmdad diləyirəm, haqq-ədalət yoxdur.+   O, yoluma sədd çəkib, aşa bilmirəm,Yollarımı zülmətə bürüyüb.+   O, şərəfimi əlimdən alıb,Tacı başımdan götürüb. 10  O, məni hər tərəfdən yıxır ki, məhv olum,Ümidimi ağactək kökündən qoparır. 11  Mənə qarşı qəzəbi alışır,Məni özünə düşmən sanır.+ 12  Orduları birləşib məni mühasirəyə alır,Çadırımın ətrafında düşərgə salır. 13  O, qardaşlarımı məndən uzaqlaşdırıb.Tanış-biliş məndən üz döndərib.+ 14  Dostlarım* yoxa çıxıb,Yoldaşlarım məni unudub,+ 15  Evimdəki qonaqlar+ da, qarabaşlarım da məni yad sanır,Onların gözündə yadelli olmuşam. 16  Nökərimi çağırıram, hay vermir,Dil açıb yalvarıram ki, mənə ürəyi yansın. 17  Arvadım nəfəsimdən iyrənir,+Qardaşlarım üçün üfunət olmuşam. 18  Uşaqlar da mənə xor baxır,Elə ki ayağa qalxıram, məni ələ salırlar. 19  Yaxın dostlarımın məndən zəhləsi gedir,+Əzizlərim əleyhimə çıxır.+ 20  Bir dəri, bir sümük qalmışam,+Dişimin dərisi ilə qurtuluram. 21  İnsafınız olsun, ay dostlarım, mənə rəhm edin,Axı mənə Allahın əli dəyib.+ 22  Niyə siz də Allah kimi məni təqib edirsiniz,+Mənə aramsız hücum edirsiniz?+ 23  Kaş sözlərim qələmə alınaydı,Kaş onlar kitaba yazılaydı! 24  Dəmir qələmlə, qurğuşunlaQayaya həkk olunub əbədi qalaydı! 25  Mən bilirəm ki, xilaskarım+ yaşayır,O, sonra gələcək, gəlib yerin üzərinə qalxacaq. 26  Dərim beləcə yox olandan sonra,Hələ sağ ikən Allahı görəcəyəm, 27  Onu görəcəyəm,Onu mənim gözlərim görəcək, başqasının yox!+ Ruhum təlatüm içindədir. 28  Çünki siz: “Biz ona zülm edirik?” — deyirsiniz,+ Sanki, bu zillətə bais özüməm. 29  Qılıncdan özünüz qorxun!+Qılınc günahın üstünə cəza ilə gəlir.Bilin ki, hakim var».+

Haşiyələr

Hərfən: on dəfə.
Yaxud təhqir etdiniz.
Yaxud qohum-əqrəbam.