Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 17:1—16

MÜNDƏRİCAT

  • Əyyubun cavabının davamı (1—16)

    • «Rişxəndçilər məni dövrəyə alıb» (2)

    • «Allah məni dilə-dişə salıb» (6)

    • «Məzar evim olar» (13)

17  Gücüm tükənib, günlərim sönüb gedir, Məni qəbir gözləyir.+   Rişxəndçilər məni dövrəyə alıb,+ Onların düşmənçiliyi gözümün qabağındadır.   Girov verirəm, götür, qoy Səndə qalsın, Səndən başqa kim əlimi sıxıb mənə zamin durar?+   Onların ürəyini dərrakənin üzünə bağladın,+ Buna görə də onları yüksəltmirsən.   Uşaqlarının gözlərinin nuru sönür, O isə dostlarını pay götürməyə çağırır.   Allah məni dilə-dişə salıb,+ Üzümə tüpürürlər.+   Dərddən gözüm tor salıb,+ Bədənim kölgədən fərqlənmir.   Dürüst adamlar buna mat qalır. Allahsızlar məsumları dilxor edir.   Saleh adam yolunda əzmlidir,+ Əli təmiz adam get-gedə güclənir.+ 10  Amma, buyurun, ittihamlarınızın davamını gətirin, Ancaq aranızda hikmətli adam görmürəm.+ 11  Günlərim başa çatıb,+ Niyyətlərim, qəlbimin arzuları çilik-çilik olub.+ 12  Onlar: “Hər gecənin bir gündüzü var”, — deyərək Gecəni gündüzə çevirirlər. 13  Durub gözləsəm, Məzar* evim olar,+ Yatağımı zülmətdə sərərəm.+ 14  Qəbrə*:+ “Atam sənsən”, Torpaq qurduna: “Anam-bacım sənsən”, — deyərəm. 15  Hanı ümidim?+ Kim onu görür? 16  Hamımız torpağın altına gedəndə O da qapısı cəftəli Məzara* enəcək».+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Yaxud çuxura.
İbr. şeol. Lüğətə bax.