Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 16:1—22

MÜNDƏRİCAT

  • Əyyubun cavabı (1—22)

    • «Siz təsəlli əvəzinə əzab verirsiniz!» (2)

    • Allah məni Özünə hədəf seçdi (12)

16  Əyyub belə cavab verdi:   «Bu cür sözləri çox eşitmişəm, Siz təsəlli əvəzinə əzab verirsiniz!+   Bu boş-boş sözlərin sonu olacaq? Nə üçün belə cavab verirsiniz?   Mən də sizin kimi danışa bilərdim. Mənim yerimdə siz olsaydınız, Əleyhinizə bəlağətli sözlər deyərdim, Sizə baxıb başımı bulayardım.+   Amma yox, ağzımdan çıxan sözlərlə sizə dayaq olardım, Dilimin təsəllisi ilə ovundurardım.+   Danışsam da, ağrım kəsmir,+ Sussam da, nə təfavütü var?   İndi O, məni üzür,+ Kül-külfətimi qırıb-töküb.   Budur şəhadət — Sən əl atıb məni tutdun, Belə ki, bu cılız bədənim qalxıb üzümə durdu.   Allahın qəzəbi məni didir, O, mənə ədavət bəsləyir,+ Mənə dişlərini qıcayır. Düşmənimin baxışları məni dəlib-keçir.+ 10  Onlar üstümə ağızlarını açıblar,+ Təhqir edib üzümə şillə vururlar, Dəstə-dəstə əleyhimə toplaşırlar.+ 11  Allah məni cahıl-cuhula təslim edir, Pis adamların əlinə atır.+ 12  Rahat yaşayırdım, O, məni silkələdi,+ Peysərimdən yapışıb məni əzdi, Özünə hədəf seçdi. 13  Oxatanları məni əhatəyə alır,+ O, böyrəklərimi deşir,+ yazığı gəlmir, Ödümü yerə tökür. 14  Bədənimi dəlik-deşik edir, Cəngavər kimi üstümə yüyürür. 15  Əynimə çul tikmişəm,+ Şərəfimi* yerə basdırmışam.+ 16  Ağlamaqdan yanaqlarım qızarıb,+ Göz qapaqlarıma ölüm kölgəsi çöküb. 17  Hərçənd əlimdə zorakılıq yoxdur, Duam da pakdır. 18  Ey torpaq, qanımın üstünü örtmə!+ Qoy fəryadım dinməsin! 19  Budur, şahidim göylərdədir, Məndən ötrü şəhadət verən ucalardadır. 20  Yoldaşlarım məni ələ salır,+ Xudavəndin qarşısında göz yaşı tökürəm*.+ 21  Qoy insanla Allah arasında kimsə hökm çıxarsın, İki nəfər arasında olduğu kimi.+ 22  Ömrümün illəri tükənir, Mən gedər-gəlməzə gedəcəyəm.+

Haşiyələr

Yaxud qüdrətimi. Hərfən: buynuzumu.
Digər variant: yuxusuz gözlərimlə Xudavəndə baxıram.