Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 15:1—35

MÜNDƏRİCAT

  • Əlifəzin ikinci nitqi (1—35)

    • Əyyubun Allahdan qorxmadığını iddia edir (4)

    • Əyyubu lovğalıqda ittiham edir (7—9)

    • «O, mələklərinə belə güvənmir» (15)

    • Şər adam işgəncə çəkir (20—24)

15  Təhmani Əlifəz+ belə cavab verdi:   «Heç hikmətli adam boş-boş dəlillər gətirər, Ürəyini yanlış fikirlərlə doldurar?   Sözlə tənbeh etmək faydasızdır, Danışmaqla kar aşmaz.   Sən Allah qorxusunu qüvvədən salırsan, Allaha sayğını cılızlaşdırırsan.   Ağzını öyrədən təqsirlərindir, Dilindən hiyləgərlik tökülür.   Səni məhkum edən mən deyiləm, öz dilindir, Öz dodaqların əleyhinə danışır.+   Olmaya, ilk doğulan adam sənsən? Bəlkə, sən təpələrdən öncə doğulmusan?   Heç Allahın sirlərinə qulaq asırsan? Bəlkə, hikmət təkcə səndədir?   Sən nəyi bilirsən ki, biz bilmirik?+ Nəyi anlayırsan ki, biz anlamırıq? 10  Aramızda ağsaçlı da var, ahıl da var,+ Atandan yaşlıdırlar. 11  Məgər Allahın təsəllisi, Yumşaq deyilən sözlər sənə bəs eləmir? 12  Niyə ürəyin belə qürrələnir? Niyə gözlərindən alov püskürür? 13  Sən Allahın Özünə acıqlanmısan, Ağzından bu cür sözlər çıxarırsan. 14  Fani insan nədir ki, təmiz olsun? Qadından doğulan nədir ki, saleh olsun?+ 15  Bax, O, mələklərinə* belə, güvənmir, Hətta göylər Onun gözündə pak deyil.+ 16  O ki qaldı iyrənc, pozğun adam ola!+ O adam ki haqsızlığı su kimi içir. 17  Qulaq as, sənə söyləyim, Gördüklərimi nəql edim, 18  Bunu hikmətlilər deyib, Atalarından eşidiblər,+ gizlətməyiblər. 19  O atalar ki məmləkət yalnız onlara verilmişdi, Heç bir yadelli aralarına girməmişdi. 20  Şər adam, zalım ömrü boyu, Ona ayrılan illər boyu işgəncə çəkir. 21  Qulağında dəhşət uğultusu səslənir,+ Dinc dövrdə üstünə soyğunçu gəlir. 22  Zülmətdən çıxacağına inanmır,+ Onu qılınc gözləyir. 23  Ora-bura vurnuxub çörək axtarır, deyir “haradadır?” Bilir ki, zülmət günü başının üstünü kəsdirib. 24  Dərd-qubar onu qorxudur, Hücuma hazır duran padşah kimi onu məğlub edir. 25  O, əlini Allaha qarşı uzadıb, Qüdrət Sahibini saymır*, 26  Qalın, möhkəm qalxanını götürüb, Dikbaşlıqla Onun üstünə cumur, 27  Özünü lovğa aparır, Qarnı piy bağlayıb. 28  O, yerlə yeksan olacaq şəhərlərdə, Kimsəsiz qalacaq evlərdə yaşayır. Onlar daş qalağına dönəcək. 29  O varlanmayacaq, var-dövləti artmayacaq, Mal-mülkü məmləkətə yayılmayacaq. 30  Zülmətdən qurtulmayacaq, Pöhrəsini alov qurudacaq, Allahın bir üfürümünə yox olacaq.+ 31  Qoy o, boş şeylərə bel bağlayıb aldanmasın, Nəsibi yalnız puçluq olacaq, 32  Günü gəlməmiş bu baş verəcək. Budaqları çiçək açmayacaq,+ 33  Meynə kimi qoralarını, Zeytun ağacı kimi çiçəklərini tökəcək. 34  Allahsızlar icmasında həyat yoxdur,+ Rüşvətxorluq çadırını alov kül edər. 35  Onlar bəlaya hamilə qalıb şər doğurlar, Bətnlərinin barı məkrdir».

Haşiyələr

Hərfən: müqəddəslərinə.
Yaxud Qüdrət Sahibindən üstün olmaq istəyir.