Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 14:1—22

MÜNDƏRİCAT

  • Əyyubun cavabının davamı (1—22)

    • İnsanın ömrü gödəkdir, əziyyətlə doludur (1)

    • Hətta ağac üçün ümid var (7)

    • «Kaş məni Məzarda gizlədəydin» (13)

    • «İnsan ölsə, bir də yaşarmı?» (14)

    • Allah əllərinin işinin həsrətini çəkir (15)

14  İnsanın, qadından doğulanın Ömrü gödəkdir,+ əzab-əziyyətlə doludur.+   Çiçək kimi açır, sonra solur*,+ Kölgə kimi qaçır və gözdən itir.+   Sən onu müşahidə edirsən, Onu çəkib məhkəməyə gətirirsən.+   Kim napakdan pak doğula bilər?+ Heç kim!   Ömrü müəyyən edilmişsə, Deməli, aylarının sayı Sənin əlindədir. Sən ona hədd qoymusan, onu keçə bilməz.+   Nəzərini onun üstündən götür, Hələ ki muzdurtək gününü başa vurmayıb, qoy dincəlsin.+   Hətta ağac üçün ümid var, Kəsilsə, yenə cücərər, Pöhrələri cücərib boy atar.   Kökü yerdə qocalsa da, Kötüyü torpaqda ölsə də,   Suyun iyini duyan kimi zoğ atar, Cavan bitki kimi qol-budaq atar. 10  İnsan isə ölür, aciz halda yerdə qalır, Son nəfəsini verir. Hanı o?+ 11  Dənizdən sular yox olur, Çayların suyu azalıb quruyur. 12  İnsan da uzanır, bir də qalxmır.+ Göylər yox olanadək oyanmayacaq, Kimsə onu yuxudan oyatmayacaq.+ 13  Kaş məni Məzarda* gizlədəydin,+ Qəzəbin soyuyana qədər gizlində saxlayaydın, Vaxt təyin edəydin, sonra məni yada salaydın.+ 14  İnsan ölsə, bir də yaşarmı?+ Köləlik* günlərim boyunca gözlərəm, Ta azadlığa çıxanadək.+ 15  Sən çağıracaqsan, mən hay verəcəyəm,+ Əllərinin işinin həsrətini çəkəcəksən. 16  Amma indi hər addımımı sayırsan, Ancaq günahımı görürsən. 17  Təqsirlərim bir torbada möhürlənib, Sən səhvlərimi qoruyub saxlayırsan. 18  Dağlar uçub dağıldığı kimi, Qayalar yerindən qopduğu kimi, 19  Sular daşları ovduğu kimi, Sellər torpağı yuyub apardığı kimi, Sən də fani insanın ümidini məhv etdin. 20  Sən ona üstün gəlirsən, o yox olur,+ Görkəmini dəyişirsən və yola salırsan. 21  Oğulları hörmət-izzət qazanır, onun xəbəri yox, Hörmətdən düşür, bunun fərqinə varmır.+ 22  Yalnız sağ ikən ağrı duyur, Yalnız diri ikən yas tutur».

Haşiyələr

Digər variant: dərilir.
İbr. şeol. Lüğətə bax.
Məcazi mənada ölümün köləliyinə işarə edir.