Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 13:1—28

MÜNDƏRİCAT

  • Əyyubun cavabının davamı (1—28)

    • «Mən Qüdrət Sahibi ilə danışmaq istərdim» (3)

    • Yararsız təbiblər (4)

    • «Bilirəm ki, haqlıyam» (18)

    • «Niyə məni düşmən sanırsan?» (24)

13  Bəli, bütün bunları gözüm görüb, Qulağım eşidib, dərk edib.   Sizin bildiyinizi mən də bilirəm, Heç də sizdən geri qalmıram.   Amma mən Qüdrət Sahibi ilə danışmaq istərdim, Allahın önündə haqqımı müdafiə edərdim.+   Siz isə mənə qara yaxırsınız, Hamınız yararsız təbiblərsiniz.+   Kaş susaydınız, Onda ağıllı iş görmüş olardınız.+   Bircə mənim etirazlarıma qulaq asın, Dilimdən qopan yalvarışları dinləyin.   Allahı müdafiə etməkdən ötrü haqsız danışacaqsınız? Ondan ötrü yalan söyləyəcəksiniz?   Ona tərəfkeşlik edəcəksiniz Allahın müdafiəsinə qalxacaqsınız?   Əgər O, sizi yoxlasa, ortalığa nə çıxar?+ Yoxsa fani insantək Onu da aldadarsınız? 10  Əgər altdan-altdan tərəfgirlik etsəniz, O, sizi mütləq tənbeh edər.+ 11  Məgər Onun əzəməti sizi qorxutmaz? Yaxud vəhmi sizi bürüməz? 12  Sizin dahi deyimləriniz küldür, Müdafiəniz gil sipər kimi kövrəkdir. 13  Susun, qoyun danışım, Qoy başıma nə gəlirsə, gəlsin! 14  Nədən ötrü həyatımı təhlükəyə atıram? Nə üçün özümü oda, alova atıram? 15  Lap məni öldürsə də, Onu gözləyəcəyəm,+ Onun önündə haqqımı müdafiə edəcəyəm. 16  Onda O, mənim qurtuluşum olacaq,+ Axı allahsız adam Onun hüzuruna çıxa bilməz.+ 17  Sözümü yaxşı-yaxşı dinləyin, Dediklərimə diqqət edin. 18  Budur, məhkəməyə hazıram. Bilirəm ki, haqlıyam. 19  Kim mənimlə çəkişəcək? İndi sussam, ölərəm*. 20  Ey Allah, mənim üçün iki şeyi et, Onda Səndən gizlənmərəm. 21  Ağır əlini üzərimdən götür, Bir də ki, qoy vəhmin məni basmasın.+ 22  Ya Sən çağır, mən cavab verim, Ya da izin ver mən danışım, Sən cavab ver. 23  Nədir təqsirim, nədir günahım? Asiliyimi, günahımı göstər mənə. 24  Niyə üzünü gizlədirsən?+ Niyə məni düşmən sanırsan?+ 25  Küləyin sovurduğu yarpağı qorxudacaqsan? Quru saman çöpünü qovacaqsan? 26  Əleyhimə ağır ittihamlar yazırsan, Cavanlıq səhvlərimin cəzasını çəkdirirsən. 27  Üstəlik, ayaqlarıma buxov vurursan, Bütün yollarımı araşdırırsan, Ayaq qoyduğum yeri işarələyirsən. 28  Bəli, adam* çürüyüb-gedir, Sanki, güvə yemiş paltardır.

Haşiyələr

Digər variant: beləsi varsa, ağzımı açmadan ölərəm.
Hərfən: o. Ehtimal ki, Əyyub.