Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 12:1—25

MÜNDƏRİCAT

  • Əyyubun cavabı (1—25)

    • «Sizdən əskik deyiləm» (3)

    • «Yoldaşlarımın gözündə gülünc olmuşam» (4)

    • Hikmət Allahdadır (13)

    • Allah hakimlərdən, padşahlardan ucadır (17, 18)

12  Əyyub belə cavab verdi:   «Hə, başbilən sizsiniz, Hikmət də elə sizinlə öləcək!   Mənim də ağlım var, Sizdən əskik deyiləm. Bunları kim bilmir ki?   Mən, Allahı çağırıb cavab gözləyən bir adam+ İndi yoldaşlarımın gözündə gülünc olmuşam.+ Saleh və eyibsiz adam gülüş hədəfidir.   Dərdsiz adam bəla barədə düşünmür, Onun fikrincə, həlak səbatsızlar üçündür.   Soyğunçunun çadırında dinclik var,+ Allahı qəzəbləndirənlər, İlahlarını əllərində tutanlar rahat yaşayır.+   Gəl heyvanlardan soruş, sənə öyrədər, Göydəki quşlardan soruş, onlar sənə danışar.   Yerə diqqət ver*, o, sənə aşılayar, Dənizdəki balıqlar sənə anladar.   Bunlardan hansı biri bilmir ki, Bunu Yehovanın əli edib? 10  Hər canlının həyatı, Hər insanın ruhu* Onun əlindədir.+ 11  Dil yeməyin dadını bildiyi kimi, Sözün də xiridarı qulaq deyilmi?+ 12  Məgər hikmət ahıllarda deyil?+ Dərrakə uzun ömürlə gəlmir? 13  Hikmət də, qüdrət də Ondadır,+ Nəsihət də, anlayış da Ondadır.+ 14  Onun yıxdığı bir daha tikilməz,+ O bağladısa, heç kəs aça bilməz. 15  O, suları saxlayanda torpaq quruyur,+ Göndərəndə isə yer üzünü bürüyürlər.+ 16  Qüdrət də, hikmət də Ondadır,+ Aldanan da, aldadan da Onundur. 17  O, məsləhətçiləri ayaqyalın qoyur, Hakimlərin ağlını alır,+ 18  Padşahların vurduğu buxovu boşaldır,+ Bellərinə kəmər bağlayır, 19  Kahinləri ayaqyalın qoyur,+ Sarsılmaz qüdrət sahiblərini devirir.+ 20  Etibarlı məsləhətçiləri susdurur, Ağsaqqalların ağlını alır 21  Əsilzadələrin üstünə nifrət yağdırır,+ Güclüləri zəif edir. 22  Qatı qaranlığı işıqlandırır,+ Zülmətdəki dərin şeyləri üzə çıxarır. 23  Xalqların qüdrətini artırır ki, sonra məhv etsin, Ümmətləri böyüdür ki, sonra sürgünə göndərsin. 24  Xalqın başçılarının zehnini kor edir, Onları yolsuz-rizsiz xarabazarda sərgərdan edir.+ 25  Onları sərxoş kimi dolaşmağa vadar edir.+ İşıqsız yerdə, qaranlıqda kor kimi gəzirlər.+

Haşiyələr

Digər variant: yerlə danış.