Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 11:1—20

MÜNDƏRİCAT

  • Söfərin birinci nitqi (1—20)

    • Əyyubu boş-boş söhbətlərdə ittiham edir (2, 3)

    • Pisliyi kənara qoy (14)

11  Nəhmati Söfər+ sözə başladı:   «Bu qədər söz necə cavabsız qalsın? Məgər çox danışmaq adama haqq qazandırar?   Boş-boş söhbətlərin kimisə susdura bilər? Rişxəndinə görə kimsə səni məzəmmət etməməlidir?+   Axı sən: “Mənim təlimim safdır,+ Allahın gözündə pakam”,+ — deyirsən.   Bircə Allah danışıb Ağzını sənə qarşı açaydı!+   Onda səni hikmətin sirlərindən agah edərdi, Axı hikmət çoxşaxəlidir. Bilərdin ki, Allah sənin bəzi günahlarının üstündən keçib.   Sən Allahın dərin hikmətini qavraya bilərsən? Qüdrət Sahibi barədə hər şeyi bilə bilərsən?   Bunlar göylərdən ucadır, sən nə edə bilərsən? Məzardan* dərindir, sən nə bilirsən?   Dünyadan uzun, Dənizdən genişdir. 10  Əgər O gəlib kimisə götürsə, məhkəmə qursa, Kim Ona müqavimət göstərə bilər? 11  İnsan kələkbazlıq edəndə O, bundan agah olur. Məgər O, pisliyi görəndə diqqət yetirməz? 12  Çöl eşşəyindən insan doğulanda Ağılsız adam da başa düşər. 13  Bircə sən ürəyini düzəldəydin*, Əllərini Ona açaydın. 14  Əlində pislik varsa, kənara qoy, Qoyma haqsızlıq çadırında məskən salsın. 15  Onda üzün ağ olar, başını dik tutarsan, Sarsılmazsan, qorxmazsan. 16  Dərd-səri unudarsan, Onu axıb getmiş su kimi xatırlarsan. 17  Ömrün gündüzdən də aydın olar, Qaranlıq çağlar sübh şəfəqinə dönər. 18  Arxayın olarsan, çünki ümid var, Ətrafa göz gəzdirib, dinc yatarsan. 19  Rahatca uzanarsan, səni qorxudan olmaz, Rəğbətini qazanmaq istəyən çox olar. 20  Amma şər adamın gözünün nuru sönər, Sığınmağa yer tapmaz, Onun üçün yeganə ümid ölüm olar».+

Haşiyələr

İbr. şeol. Lüğətə bax.
Yaxud hazırlayaydın.