Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əyyub 10:1—22

MÜNDƏRİCAT

  • Əyyubun cavabının davamı (1—22)

    • «Niyə mənimlə çəkişirsən?» (2)

    • Allahla fani insan arasındakı fərq (4—12)

    • Qoy bir azca üzüm gülsün (20)

10  Həyatımdan bezmişəm.+ Dərdimi açıb-tökəcəyəm, Yana-yana danışacağam.   Allaha deyəcəyəm: “Məni təqsirkar çıxarma. Axı niyə mənimlə çəkişirsən, de bilim.   Məgər zülm etməyin,Öz zəhmətinin bəhrəsinə+ xor baxmağın,Pislərin məsləhətini bəyənməyin Sənə xeyri var?   Məgər Sənin gözün insan gözüdür?Ya Sən fani insan kimi baxırsan?   Günlərin fani insanın günləri,İllərin bəşərin illəridir ki,+   Məndə səhv axtarırsan?Məndə günah arayırsan?+   Özün də bilirsən ki, təqsirsizəm.+Amma kim məni Sənin əlindən qurtara bilər!+   Sənin əllərin yaratdı məni, vücuduma quruluş verdi,+İndi də məni məhv edirsən.   Unutma, məni palçıqdan düzəltmisən,+İndi isə məni torpağa qaytarırsan.+ 10  Məgər məni süd kimi töküb,Pendir kimi bərkitmədin? 11  Əti və dərini əynimə geyindirdin,Məni sümüklərlə, vətərlərlə toxudun.+ 12  Mənə həyat verdin, xeyirxahlıq göstərdin,Qayğınla ruhumu* qorudun.+ 13  Amma ürəyində gizli niyyət var idi. Bilirəm, bunlar Səndəndir. 14  Günah etmişdimsə, görərdin,+Təqsirimdən keçməzdin. 15  Günahkaramsa, vay halıma! Təqsirim olmasa da, başımı dikəldə bilmərəm.+Rüsvayçılıq, dərd-bəla məni çulğayıb.+ 16  Başımı dikəldəndə məni aslan kimi ovlayırsan,+Yenə də mənə qarşı gücünü göstərirsən. 17  Əleyhimə yeni şahidlər çıxarırsan,Mənə qarşı qəzəbini artırırsan.Əzabımın üstünə əzab gəlir. 18  Axı nə üçün məni ana bətnindən çıxartdın?+ Kaş öləydim, heç kim məni görməzdi, 19  Kaş dünyaya gəlməz olaydım,Bətndən birbaşa qəbrə köçürüləydim”. 20  Məgər ömrümə çox qalıb?+ Qoy məni rahat buraxsın,Qoy gözlərini üstümdən çəksin, bir azca üzüm gülsün+ 21  Köçüb getməzdən əvvəl gedər-gəlməzə,+Qatı qaranlıq diyarına,+ 22  Zil qaranlıq,Qatı zülmət, qarmaqarışıqlıq diyarına.Orada işıq da qaranlıqdır».

Haşiyələr

Yaxud nəfəsimi; həyatımı. Lüğətdə «ruh» sözünə bax.