Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əstər 8:1—17

MÜNDƏRİCAT

  • Mərdəhay yüksəlir (1, 2)

  • Əstər şaha yalvarır (3—6)

  • Şahın digər fərmanı (7—14)

  • Yəhudilər şadlanır (15—17)

8  Elə həmin gün şah Ahaşveroş yəhudilərin düşməni Həmanın+ evini məlikə Əstərə verdi.+ Mərdəhay şahın hüzuruna gəldi, çünki Əstər Mərdəhayın onun nəyi olduğunu+ şaha danışmışdı.  Şah Həmandan geri aldığı möhür üzüyünü+ çıxarıb Mərdəhaya verdi. Əstər də Həmanın evinin idarəsini Mərdəhaya tapşırdı.+   Sonra Əstər yenə şaha müraciət etdi, onun ayaqlarına düşüb ağlaya-ağlaya yalvardı ki, aqaqlı Həmanın məkrinin, yəhudilərə qarşı qurduğu qəsdin qarşısını alsın.+  Şah qızıl əsasını Əstərə tərəf uzatdı.+ Əstər ayağa qalxıb şahın önündə durdu.  O dedi: «Əgər şaha xoşdursa, əgər onun iltifatını qazanmışamsa, əgər şaha məqbuldursa və mənə rəğbət bəsləyirsə, qoy o fitnəkar aqaqlı+ Həmədat oğlu Həmanın şahın bütün əyalətlərində yəhudiləri məhv etmək üçün yazdığı fərmanı ləğv edən+ başqa fərman yazılsın.  Axı xalqımın başına gələcək müsibətə, əzizlərimin qırılmasına necə durub baxım?»  Şah Ahaşveroş məlikə Əstərə və yəhudi Mərdəhaya dedi: «Budur, Həmanın evini Əstərə vermişəm,+ özünü isə yəhudilərin qəsdinə durduğu üçün dirəkdən asmışam.+  İndi siz şahın adından yəhudilər üçün münasib bildiyiniz fərman yazıb şahın möhür üzüyü ilə möhürləyin. Çünki şah adından yazılmış və şahın möhür üzüyü basılmış fərman ləğvolunmazdır».+  Üçüncü ay olan sivan* ayının iyirmi üçüncü günü şahın katibləri çağırıldı. Onlar yəhudilərə, habelə, canişinlərə+, valilərə və Hinddən Həbəşə qədər yüz iyirmi yeddi əyalətin başçılarına+ Mərdəhayın əmr etdiyi hər şeyi yazdılar. Bu əmr hər əyalətin öz yazısında və hər xalqın öz dilində yazıldı. Yəhudilər üçün də onların yazısında və dilində qələmə alındı. 10  Mərdəhay fərmanı şah Ahaşveroşun adından yazıb şahın möhür üzüyü+ ilə möhürlədi. Qasidlər namələri şah tövlələrindəki yeyin çapar atların belində apardılar. 11  Bu namələrdə şah bütün şəhərlərdə olan yəhudilərə birləşib öz canlarını qorumağa, onlara hücum edən qüvvələri, hətta qadın və uşaqları məhv etməyə, qırıb öldürməyə və mal-mülklərini talan etməyə izin verirdi.+ 12  Bu iş şah Ahaşveroşun bütün əyalətlərində eyni gündə, on ikinci ay olan adar* ayının on üçüncü günündə olmalı idi.+ 13  Fərman bütün əyalətlərdə qanun olmalı və bütün xalqlara car çəkilməli idi ki, yəhudilər həmin gün düşmənlərindən qisas almağa+ hazır olsunlar. 14  Qasidlər şahın əmri ilə şah qulluğunda olan yeyin çapar atların belində dərhal yola düşüb dördnala çapdılar. Qanun Şuş+ qalasında da oxundu. 15  Mərdəhay əynində göy qumaş və kətandan şah libası, başında böyük qızıl tac və zərif bənövşəyi yun xələtdə+ şahın hüzurundan çıxdı. Şuş şəhərini şənlik səsləri bürümüşdü. 16  Yəhudilər üçün rahatlıq, sevinc, şadlıq və şərəf günləri gəlmişdi. 17  Şahın fərmanı və qanunu hansı şəhərə, hansı əyalətə çatırdısa, yəhudilər arasında sevinc və şadlıq, toy-bayram olurdu. Ölkədəki xalqların içindən çoxları özünə yəhudi deyirdi,+ çünki canlarına yəhudi xofu düşmüşdü.