Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əstər 7:1—10

MÜNDƏRİCAT

  • Əstər Həmanı ifşa edir (1—6a)

  • Həman dirəkdən asılır (6b—10)

7  Şahla Həman+ məlikə Əstərin ziyafətinə gəldilər.  Şah ikinci gün də şərab məclisində Əstərə dedi: «Məlikə Əstər, xahişin nədir? De, sənə veriləcək! Nədir diləyin? Hətta səltənətimin yarısını istəsən, sənə veriləcək!»+  Məlikə Əstər cavab verdi: «Ey şah! Əgər mən şahın iltifatını qazanmışamsa və şaha xoşdursa, xahişim budur ki, şah mənə həyat bəxş etsin, diləyim budur ki, xalqıma+ qıymasın.  Çünki biz, mən və xalqım qırğına, ölümə, məhvə satılmışıq.+ Əgər köləliyə satılsaydıq, susardım. Bu fəlakətə yol verilsə, şah ziyan çəkəcək».  Onda şah Ahaşveroş məlikə Əstərə dedi: «Buna kim cürət edib?! Kimdir o adam? Hanı o?»  Əstər dedi: «Həmin adam, həmin yağı düşmən, bu zalım Həmandır!» Şahla məlikənin vəhmi Həmanın canına düşdü.  Şah hirslə şərab süfrəsindən qalxıb saray bağçasına çıxdı. Həman isə şahın onu cəzasız qoymayacağını görəndə durub məlikə Əstərdən aman dilədi.  Şah saray bağçasından şərab süfrəsi açılmış otağa qayıdanda gördü ki, Həman Əstərin taxtına döşənib. Şah qışqırdı: «Bu, hələ bir məlikəni zorlayacaq, özü də mənim öz evimdə?!» Söz şahın ağzından çıxar-çıxmaz Həmanın üzünü örtdülər.  Şah məmuru Hərbun+ dedi: «Həman, həm də şahı xilas etmiş xəbəri gətirən Mərdəhay+ üçün əlli qulac hündürlüyündə dirək hazırlayıb.+ Dirək Həmanın evindədir». Şah buyurdu: «O dirəkdən onun özünü asın!» 10  Beləcə, Həmanı Mərdəhay üçün hazırladığı dirəkdən asdılar və şahın hirsi yatdı.

Haşiyələr