Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əstər 6:1—14

MÜNDƏRİCAT

  • Şah Mərdəhaya hörmət göstərir (1—14)

6  Həmin gecə şahın yuxusu qaçmışdı. Şah əmr etdi ki, salnamələr kitabı+ gətirilsin. Kitab onun hüzurunda oxundu.  Orada şahın iki məmuru, qapı keşikçiləri Biqtan və Tərəşin şahı öldürmək qəsdləri barədə Mərdəhayın xəbər verdiyi yazılmışdı.+  Şah soruşdu: «Bu işinə görə Mərdəhay hansı şərəfə və şana layiq görülüb?» Şahın vəzir-vəkili cavab verdi: «Ona heç nə verilməyib».  Daha sonra şah dedi: «Həyətdə kim var?» Bu vaxt Həman həyətdə idi.+ O gəlmişdi ki, şahla danışıb hazırladığı dirəkdən Mərdəhayı asdırsın.+  Şahın qulluqçuları dedilər: «Həyətdə Həman+ durub». Şah buyurdu: «Qoy içəri gəlsin!»  Həman içəri girəndə şah ondan soruşdu: «Şahın hörmət göstərmək istədiyi adam üçün nə edilməlidir?» Həman ürəyində düşündü: «Şah məndən savayı kimə hörmət göstərmək istəyəcək ki?»+  və belə cavab verdi: «Şahın hörmət göstərmək istədiyi kəs üçün  qoy şahın geyindiyi şah libasını+ və başına şah çələngi qoyulmuş, şahın mindiyi atı gətirsinlər.  Libas və at şahın nəcabətli əyanlarından birinə həvalə edilsin. Libası şahın hörmət göstərmək istədiyi adama geyindirsinlər, onu atın belində şəhər meydanında gəzdirsinlər və önündə car çəksinlər: “Şah hörmət göstərmək istədiyi adama bu cür hörmət göstərir”».+ 10  Şah Həmana buyurdu: «Onda tez libası və atı götür və dediyini şah darvazasında oturan yəhudi Mərdəhay üçün et. Heç nəyi unutma!» 11  Həman libası və atı götürdü, Mərdəhayı+ geyindirdi. Onu atın belində şəhər meydanında gəzdirib önündə car çəkdi: «Şah hörmət göstərmək istədiyi adama bu cür hörmət göstərir». 12  Bundan sonra Mərdəhay şah darvazasına qayıtdı. Həman isə başını örtüb dilxor halda evinə tələsdi. 13  O, başına gələnləri arvadı Zərəşlə+ dostlarına danışdı. Başbilənləri və arvadı Zərəş ona dedilər: «Səndən yüksəyə qalxmış bu Mərdəhay yəhudidirsə, ona gücün çatmayacaq. Onun qarşısında mütləq məğlub olacaqsan». 14  Onlar hələ danışarkən şahın məmurları gəldilər və Həmanı tələsik Əstərin verdiyi ziyafətə apardılar.+

Haşiyələr