Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əstər 3:1—15

MÜNDƏRİCAT

  • Şah Həmanı yüksəldir (1—4)

  • Həman yəhudiləri qırmaq qəsdinə düşür (5—15)

3  Bu hadisələrdən sonra şah Ahaşveroş aqaqlı+ Həmədat oğlu Həmanı yüksəldib taxtını digər əyanlarınkından+ yuxarı qoydu.+  Şahın əmrinə əsasən, şah darvazasında duran bütün şah qulluqçuları Həmana baş əyib təzim edirdi. Mərdəhay isə baş əyib təzim etmirdi.  Şah darvazasında duran şah qulluqçuları ona dedilər: «Nə üçün şahın əmrindən çıxırsan?»  Hər gün Mərdəhaya belə deyirdilər, o isə əhəmiyyət vermirdi. Onda onlar Həmana xəbər verdilər ki, görsünlər Mərdəhayın bu hərəkətinə göz yumulacaq, ya yox.+ Çünki Mərdəhay yəhudi olduğunu onlara demişdi.+  Həman görəndə ki, Mərdəhay ona baş əyib təzim etmir, qəzəb onu çulğadı.+  Ancaq təkcə Mərdəhayı aradan götürmək ona az göründü, çünki onun hansı xalqdan olduğunu ona çatdırmışdılar. Odur ki, Həman Mərdəhayın xalqını, Ahaşveroşun səltənətində yaşayan bütün yəhudiləri qırmağı qət etdi.  Günü və ayı müəyyən etmək üçün pur, yəni püşk atıldı. Püşk+ on ikinci ay olan adara* düşdü.+ Püşkatma şah Ahaşveroşun hakimiyyətinin on ikinci ilində,+ birinci ay olan nisan* ayında Həmanın hüzurunda keçdi.  Onda Həman şah Ahaşveroşa dedi: «Səltənətinin bütün əyalətlərində+ xalqlar arasında səpələnmiş+ bir xalq var. Qanunları digər xalqların qanunlarından fərqlidir və onlar şahın qanunlarına tabe olmurlar, onların sağ qalmağının şaha xeyri olmaz.  Əgər şah məsləhət bilirsə, qoy yəhudiləri məhv etmək üçün fərman verilsin. Mən də şah xəzinəsinə qoymaq üçün məmurlara on min gümüş talant* verərəm*». 10  Şah möhür üzüyünü barmağından çıxartdı+ və yəhudilərə qənim kəsilmiş aqaqlı+ Həmədat oğlu Həmana verib+ 11  dedi: «Gümüş də, xalq da sənin ixtiyarındadır, onlara nə istəyirsən elə». 12  Birinci ayın on üçüncü günü şahın katibləri+ çağırıldı. Onlar Həmanın əmrini şahın canişinlərinə, bütün əyalətlərin valilərinə və xalqların başçılarına yazdılar.+ Bu fərman şah Ahaşveroşun adından hər əyalətin öz yazısında və hər xalqın öz dilində yazılıb şahın möhür üzüyü ilə möhürləndi.+ 13  Qasidlər məktubları şahın bütün əyalətlərinə apardılar. On ikinci ay olan adar ayının on üçüncü günü bütün yəhudilər qırılıb kökləri kəsilməli idi.+ Cavan, qoca, uşaq, qadın bir günün içində qırılmalı, mal-mülkləri talan edilməli idi.+ 14  Fərmanın surəti bir qanun kimi hər əyalətə çatdırılmalı və bütün xalqlara bəyan edilməli idi ki, o günə hazır olsunlar. 15  Qasidlər şahın əmri ilə cəld yola düşdülər.+ Qanun Şuş+ qalasında da oxundu. Şah və Həman şərab içməyə əyləşdi. Şuş şəhəri isə çaşqınlıq içində idi.

Haşiyələr

Talant 34,2 kq-a bərabərdir. B14 əlavəsinə bax.
Digər variant: şah xəzinəsinə on min talant verərək bu işi icra edənlərin haqqını ödəyərəm.