Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əstər 2:1—23

MÜNDƏRİCAT

  • Təzə məlikə axtarılır (1—14)

  • Əstər məlikə olur (15—20)

  • Mərdəhay qəsdin üstünü açır (21—23)

2  Bir müddət keçdi. Şah Ahaşveroşun+ qəzəbi soyudu. Vaştinin hərəkəti+ və onun barəsində verilmiş qərar şahın yadına düşdü.+  Onda şahın vəzir-vəkili ona dedi: «Qoy şah üçün gözəl bakirə qızlar axtarılsın.  Qoy şah səltənətinin bütün əyalətlərində adamlar təyin etsin.+ Onlar bütün gözəl bakirə qızları toplayıb Şuş qalasına, hərəmxanaya gətirsinlər. Qızlar şah xacəsi və hərəmağası Həqayın+ sərəncamına verilsin. Onlara ətirli yağlarla sığal verilsin.  Şahın xoşuna gələn qız Vaştinin yerinə məlikə olsun».+ Şah bu fikri bəyəndi və belə də etdi.  Şuş+ qalasında Mərdəhay+ adlı bir yəhudi var idi. O, binyaminli+ Kiş oğlu, Şimay oğlu, Yairin oğlu idi.  Onlar Babil padşahı Navuxodonosorun sürgün etdiyi Yəhuda padşahı Yəkunya*+ ilə birgə Yerusəlimdən çıxarılıb sürgün edilmiş camaatdan idilər.  Mərdəhay əmisi qızı+ Hədəssənin*, yəni Əstərin qəyyumu idi. Qızın ata-anası öləndə onu övladlığa götürmüşdü. Əstər şux qamətli gözəl bir qız idi.  Şahın əmri və fərmanı elan ediləndə çoxlu sayda qız Şuş qalasında toplanıb Həqayın sərəncamına verildi.+ Əstər də şahın sarayına gətirilib hərəmağası Həqayın sərəncamına verildi.  Bu qız Həqayın ürəyinə yatdı və onun hüsn-rəğbətini qazandı. Həqay qıza ətirli yağlarla sığal vermək+ və onu xüsusi yeməklərlə təmin etmək barədə dərhal göstəriş verdi. Üstəlik, o, şah evindən yeddi qız ayırıb Əstərin qulluğuna verdi, onu və qızları hərəmxananın ən gözəl hissəsinə keçirtdi. 10  Əstər Mərdəhayın+ tapşırdığı kimi, xalqı və nəsli barədə heç nə danışmadı.+ 11  Mərdəhay Əstərin halından, əhvalından xəbər tutmaq üçün hər gün hərəmxananın qarşısında gəzişirdi. 12  Qızların hər biri növbə ilə şah Ahaşveroşun yanına gətirilirdi. Buna qədər hər qıza on iki ay ərzində gözəllik qulluğu təyin edilirdi. Onlara altı ay mürr yağı+ ilə, altı ay balzam yağı+ və müxtəlif məlhəmlərlə sığal verilirdi. Hər bir qız bu cür gözəllik qulluğu keçməli idi. 13  Yalnız bundan sonra qız şahın yanına gələ bilərdi. Qız hərəmxanadan çıxıb şahın evinə gedəndə ürəyi istədiyi hər şey ona verilirdi. 14  O, axşam şahın yanına girir, səhər isə şah xacəsi, cariyələrin hərəmağası Şəşhazın sərəncamında olan o biri hərəmxanaya qayıdırdı.+ Şah onu bəyənib adı ilə çağırtdırmasa, o, bir daha şahın yanına gəlməzdi.+ 15  Şahın yanına girmək üçün növbə Mərdəhayın övladlığa götürdüyü,+ əmisi Abihailin qızı Əstərə çatdı. Əstər şah xacəsi və hərəmağası Həqayın dediyindən savayı, heç bir şey istəmədi. (Bu müddət ərzində Əstər onu görən hər kəsin hüsn-rəğbətini qazanmışdı.) 16  Əstər şah Ahaşveroşun hakimiyyətinin yeddinci ilində,+ onuncu ay olan tevet* ayında saraya, şahın yanına aparıldı. 17  Şah Əstəri digər qızlardan çox sevdi. Bütün qızlar içində şahın ən çox xoşuna gələn və hüsn-rəğbətini qazanan o oldu. Şah məlikə örpəyini onun başına qoydu və onu Vaştinin yerinə+ məlikə etdi.+ 18  Sonra şah Əstərin şərəfinə məclis qurub bütün əyanlarına və qulluqçularına böyük ziyafət verdi. Şah əyalətlərdə əfv elan etdi və şaha layiq hədiyyələr payladı. 19  Qızlar+ ikinci dəfə toplananda Mərdəhay şah darvazasında oturmuşdu. 20  Əstər Mərdəhayın tapşırdığı kimi, xalqı və nəsli barədə heç nə danışmırdı.+ O, Mərdəhayın himayəsində olduğu vaxtlarda etdiyi kimi, indi də onun sözünə əməl edirdi.+ 21  Mərdəhay şah darvazasında oturan vaxtlar şahın iki məmuru, qapı keşikçiləri Biqtan və Tərəş acıqlanıb şah Ahaşveroşa sui-qəsd hazırlamışdılar. 22  Bu işdən xəbər tutan Mərdəhay dərhal bunu məlikə Əstərə bildirdi, Əstər də Mərdəhayın adından şaha çatdırdı. 23  Məsələ araşdırıldı və sübuta yetirildi. Həmin iki nəfər dirəkdən asıldı. Bu hadisə şahın hüzurunda salnamələr kitabına yazıldı.+

Haşiyələr

Mənası: mərsin. Əstərin ibrani adı.