Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 7:1—34

MÜNDƏRİCAT

  • Məbədə saxta güvənc (1—11)

  • Məbəd Şilo kimi olacaq (12—15)

  • Zahiri ibadət pislənir (16—34)

    • Səma məlikəsinə sitayiş (18)

    • Hinnomda uşaq qurbanı (31)

7  Ərəmyaya Yehovanın sözü nazil oldu:  «Yehovanın evinin darvazasında dur və bu xəbəri bəyan et: “Ey Yəhuda xalqı, Yehovaya səcdə etmək üçün bu darvazalardan keçənlər, Yehovanın sözünü dinləyin.  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Dəyişin, əməllərinizi düzəldin, onda sizi bu torpaqda saxlayaram.+  Yalan sözlərə aldanmayın. “Bu, Yehovanın məbədidir, Yehovanın məbədidir, Yehovanın məbədidir!” deməyin.+  Əgər özünüzü islah edib düzəlsəniz, iki qonşu arasında ədaləti bərqərar etsəniz,+  yadellini, yetimi, dul qadını sıxışdırmasanız,+ bu torpaqda günahsız qan tökməsəniz, öz ziyanınıza başqa allahların ardınca getməsəniz,+  sizi bu torpaqda, həmişəlik ata-babalarınıza verdiyim diyarda saxlayacağam”».  «Amma yox, siz yalana bel bağlayırsınız,+ bu sizə ziyandan başqa heç nə gətirməyəcək.  Siz oğurluq edir,+ qətl törədir, zina edirsiniz, yalandan and içirsiniz,+ Baala qurban gətirirsiniz,+ tanımadığınız allahların ardınca gedirsiniz. 10  Bütün bu mənfur əməllərdən sonra da gəlib adımı daşıyan bu evdə, önümdə durub deyirsiniz: “Biz xilas olacağıq!” 11  Adımı daşıyan bu ev sizin üçün nədir, quldur yuvasıdır?+ Mən hər şeyi görürəm», — bəyan edir Yehova. 12  «“İndi Şiloya, orada ilk dəfə adım üçün məskən seçdiyim yerə+ gedin.+ İsrail xalqının mənfur əməllərinə görə o yerə nə etdiyimi görün.+ 13  Amma siz yenə də bütün bunları elədiniz, — bəyan edir Yehova. — Mən sizə dəfələrlə dedim, amma qulaq asmadınız.+ Sizi çağırdım, hay vermədiniz.+ 14  Buna görə Şiloya etdiyimi güvəndiyiniz və adımı daşıyan bu evə,+ sizə və ata-babalarınıza verdiyim bu yerə də edəcəyəm.+ 15  Qardaşlarınızı, bütün Əfraim övladlarını önümdən rədd etdiyim kimi, sizi də rədd edəcəyəm”.+ 16  Sən isə bu xalqdan ötrü dua etmə. Onlardan ötrü Mənə üz tutma, yalvar-yaxar etmə,+ onsuz da qulaq asmayacağam.+ 17  Görmürsən, Yəhuda şəhərlərində, Yerusəlim küçələrində nələr edirlər?! 18  Oğulları odun yığır, ataları ocaq qalayır, arvadları Səma məlikəsinə qurban kökələri bişirmək üçün xəmir yoğurur.+ Onlar başqa allahlara şərab təqdiməsi gətirib Məni qəzəbləndirirlər.+ 19  “Onlar elə bilirlər ki, Mənə ziyan edirlər? — bəyan edir Yehova. — Məgər özlərinə ziyan etmirlər, özlərini biabır etmirlər?”+ 20  Ona görə də Külli-İxtiyar Yehova deyir: “Qeyz-qəzəbimi bu yerin, insanın, heyvanın, ağacların, yerin məhsulunun üstünə tökəcəyəm.+ Qəzəbim alov kimi yandırıb-yaxacaq, onu söndürən olmayacaq”.+ 21  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Gedin, başqa qurbanlarla bərabər yandırma qurbanı da gətirin, ətini də özünüz yeyin.+ 22  Ata-babalarınızı Misirdən çıxardığım gün onlara yandırma qurbanları və başqa qurbanlarla bağlı heç nə deməmişdim, heç nə əmr etməmişdim.+ 23  Onlara bu əmri vermişdim: “Mənə itaət edin, onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım.+ Dediyim yolla gedin ki, xeyir tapasınız”.+ 24  Amma onlar Məni eşitmədilər,+ Mənə qulaq asmadılar, inadla istəklərinə görə, qara ürəklərinə görə hərəkət etdilər.+ Onlar irəli yox, geri getdilər. 25  Ata-babalarınız Misirdən çıxan gündən bəri bu, belədir.+ Buna görə Mən hər gün, dönə-dönə peyğəmbər qullarımı onların yanına göndərdim.+ 26  Amma heç kim Məni eşitmədi, Mənə qulaq asmadı.+ Onlar tərslik etdilər, ata-babalarından da betər oldular. 27  Bu sözləri onlara deyəcəksən,+ amma sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, amma hay verməyəcəklər. 28  Onlara belə deyərsən: “Bu xalq, Allahı Yehovaya itaət etməyən, Onun tərbiyəsini rədd edən xalqdır. Sədaqət deyilən şey qalmayıb, adı belə, çəkilmir”.+ 29  Uzun saçını kəs at, çılpaq təpələrdə mərsiyə oxu. Yehova Onu qəzəbləndirən bu nəsli rədd edib. O, onları tərk edəcək. 30  “Çünki Yəhuda xalqı Mənim bəyənmədiyim pis işlər görür, — bəyan edir Yehova, — onlar adımı daşıyan evdə iyrənc bütlər qoyub oranı murdarlayırlar. + 31  Oğul-qızlarını odda yandırmaq üçün Bəni-Hinnom vadisindəki* Tofetdə+ səcdəgahlar* düzəldiblər.+ Mən belə bir şeyi buyurmamışam, heç ağlımdan da keçirməmişəm”.+ 32  “Ona görə də gün gələcək, oraya nə Tofet, nə də Bəni-Hinnom vadisi deyiləcək, ora Qırğın vadisi adlanacaq. Tofetdə o qədər meyit basdıracaqlar ki, yer qalmayacaq,+ — bəyan edir Yehova. — 33  Bu xalqın cəsədləri göydəki quşlara, yerdəki heyvanlara yem olacaq, heç kim onları hürküdüb qovmayacaq.+ 34  Yəhuda şəhərlərindən, Yerusəlim küçələrindən sevinc, şadlıq harayını, bəy-gəlin səsini kəsəcəyəm.+ Ölkə xaraba qalacaq”».+

Haşiyələr

Hərfən: yüksəkliklər.