Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 49:1—39

MÜNDƏRİCAT

  • Əmuna qarşı peyğəmbərlik (1—6)

  • Əduma qarşı peyğəmbərlik (7—22)

  • Dəməşqə qarşı peyğəmbərlik (23—27)

  • Qədar və Həzura qarşı peyğəmbərlik (28—33)

  • Elama qarşı peyğəmbərlik (34—39)

49  Əmunilər+ barədə Yehova belə deyir: «Məgər İsrailin oğulları yoxdur? Onun varisi yoxdur? Nə üçün Məlkum+ Cada+ sahib olub? Nə üçün onun xalqı İsrail şəhərlərində yaşayır?»   «Yehova bəyan edir: “Ona görə də gün gələcək, Əmunilərin Rabbah+ şəhərinə+ qarşı müharibə çağırışı* səsləndirəcəyəm. O, xaraba təpəyə çevriləcək, Kəndlərinə od vurulacaq. İsrail onu qovanların torpağına sahib olacaq”.+ Yehova belə bəyan edir.   “Ey Həşbun, nalə çək, Ay darmadağın edilib! Ey Rabbah kəndləri, fəryad edin. Çula bürünün. Ah-nalə çəkin. Qoyun ağılları içində ora-bura dolaşın. Çünki Məlkum sürgünə gedir, Kahinləri ilə, əsilzadələri ilə.+   Nə üçün dərələrlə öyünürsən? Ortasından çay axan düzənliklərinlə lovğalanırsan? Sən, ey xəzinələrinə güvənən “Kim mənim üstümə gələ bilər?” deyən xəyanətkar qız”.   “Bütün qonşuların tərəfdən Üstünə müdhiş bir şey gətirirəm, — bəyan edir Külli-İxtiyar, ordular Allahı Yehova. Hər tərəfə səpələnəcəksən, Qaçanları heç kim toplamayacaq”.   “Amma sonra əmunilərdən sürgünə gedənləri toplayacağam”, — bəyan edir Yehova».  Ədum barədə ordular Allahı Yehova belə deyir: «Təhmanda hikmət qalmadı?+ Ağıllı adamların məsləhəti tükəndi? Hikməti məhv oldu*?   Qaçın, geri çəkilin! Gedin dərin mağaralarda gizlənin, ey Didan+ sakinləri! Çünki Eysə nəzər salmağın vaxtı yetişəndə Onun başına bəla gətirəcəyəm.   Üzümyığanlar sənin yanına gəlsəydilər, Geridə bir neçə salxım saxlamazdılarmı? Gecə oğrular gəlsəydi, Yalnız istədiklərini oğurlayardılar.+ 10  Amma Mən Eysi lüm-lüt qoyacağam. Onun xəlvət yerlərini üzə çıxaracağam, Gizlənə bilməyəcək. Onun övladları, qardaşları, qonşuları, hamısı məhv olacaq,+ Özü də heç vaxt mövcud olmayacaq.+ 11  Yetimlərini burax, Onları Mən yaşadaram. Dulların Mənə bel bağlayacaq». 12  Çünki Yehova belə deyir: «Əgər qəzəb camından içməyə məhkum olmayanlar ondan içəcəksə, sənmi cəzasız qalacaqsan? Sən cəzasız qalmayacaqsan, ondan içəcəksən».+ 13  «Varlığıma and içirəm, — bəyan edir Yehova, — Bozrah dəhşətli hala düşəcək,+ xaraba qalacaq, onu təhqir edəcəklər, lənətləyəcəklər. Onun şəhərləri əbədilik viranə qalacaq».+ 14  Mənə Yehovadan xəbər gəldi, Xalqlar arasına elçi göndərilib. Elçi deyir: «Toplaşın, ona qarşı yürüş edin, Döyüşə hazırlaşın».+ 15  «Səni xalqlar arasında kiçiltdim, Hamı sənə həqarətlə baxır.+ 16  Ey qaya oyuqlarında, Hündür təpədə məskən salan, Ətrafa saçdığın dəhşət, Ürəyinin təkəbbürü səni aldatdı. Yuvanı qartal kimi yüksəkdə qursan da, Səni oradan endirəcəyəm», — bəyan edir Yehova. 17  «Ədum dəhşətli hala düşəcək.+ Yoldan keçən hər kəs bu mənzərədən sarsılacaq, onun bəlalarına görə fit çalacaq. 18  Xaraba qalan Sədumla Əmurədə və onlarla qonşu şəhərlərdə olduğu kimi,+ orada da heç kim yaşamayacaq, insan övladı məskən salmayacaq»,+ — bəyan edir Yehova. 19  «Budur, bir nəfər İordan sahillərindəki sıx meşəlikdən çıxıb dinc otlaqlara hücum edən aslan kimi basqın edəcək+ və Mən bir anda onu yurdundan didərgin salacağam. Seçdiyim kəsi oranın üzərində qoyacağam. Mənim kimisi varmı? Kim Mənə meydan oxuya bilər? Qarşımda hansı çoban dura bilər?+ 20  Odur ki, ey insanlar, Yehovanın Əduma qarşı çıxardığı qərarı, Təhman+ sakinlərinə qarşı niyyətini eşidin: Sürüdəki quzuları sürüyüb aparacaqlar. O, etdikləri pisliyə görə otlaqlarını viran qoyacaq.+ 21  Onlar çökəndə gurultudan yer titrədi. Fəryad qopur! Səsi Qırmızı dənizə+ çatır. 22  Budur, qartal kimi göyə qalxıb yerə şığıyacaq,+ Qanadlarını Bozrah üzərində gərəcək,+ O gün Ədum döyüşçülərinin ürəyi Doğuş üstə olan qadının ürəyi kimi olacaq». 23  Dəməşq+ barədə: «Həməs+ və Arpad rüsvay olub, Onlar bəd xəbər eşidib. Qorxudan onlarda ürək qalmayıb. Dəniz təlatüm içindədir, sakitləşmir. 24  Dəməşqdə cəsarət qalmayıb. O qaçmağa üz tutdu, amma təlaşa düşdü. Doğan qadın kimi, Onu sancı tutub, o, əzab çəkir. 25  Necə olub ki, şöhrətli şəhərdən, Fərəh doğuran şəhərdən çıxıb getməyiblər? 26  Odur ki, cavanlar meydanlarda həlak olacaq, O gün döyüşçülər məhv olacaq», — bəyan edir ordular Allahı Yehova. 27  «Dəməşqin divarlarına od vuracağam, Od Bənhədadın qalalarını yandıracaq».+ 28  Babil padşahı Navuxodonosorun dağıtdığı Qədar+ barədə, Həzur padşahlıqları barədə Yehovanın sözü budur: «Qalxın, Qədara gedin, Şərq oğullarını məhv edin. 29  Onların çadırları, sürüləri, Çadır parçaları, mal-mülkləri əllərindən alınacaq. Dəvələrini aparacaqlar. “Hər yanı dəhşət bürüyüb!” — deyə bağıracaqlar». 30  «Qaçın, uzaqlara gedin! Ey Həzur sakinləri, dərin mağaralarda gizlənin, — bəyan edir Yehova. Çünki Babil padşahı Navuxodonosor əleyhinizə niyyət qurub, Sizə qarşı tədbir töküb». 31  «Qalxın, dinc ömür sürən, Əmin-amanlıqda yaşayan xalqın üstünə gedin! — bəyan edir Yehova. Onların nə qapısı var, nə cəftəsi. Hamıdan ayrı yaşayırlar. 32  Onların dəvələri qarət olunacaq, Mal-heyvanları ələ keçəcək. Mən onları, gicgahlarını qırxanları+ Küləyin əsdiyi hər tərəfə səpələyəcəyəm. Hər tərəfdən onların üstünə bəla gətirəcəyəm», — bəyan edir Yehova. 33  «Həzur çaqqal yuvasına çevriləcək, Həmişəlik viran qalacaq, Orada heç kim yaşamayacaq, Heç kim məskən salmayacaq». 34  Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin başlanğıcında+ Ərəmya peyğəmbərə Elamla+ bağlı Yehovanın sözü nazil oldu: 35  «Ordular Allahı Yehova deyir: “Elamın kamanını, onun qüdrət mənbəyini qıracağam.+ 36  Elamın üstünə yerin dörd tərəfindən dörd küləyi gətirəcəyəm. Onları bu küləklərin əsdiyi hər tərəfə səpələyəcəyəm. Elə bir xalq olmayacaq ki, elamlılar onların arasına səpələnməsin”». 37  «Elamlıları düşmənlərinin, canlarının qəsdinə duranların qarşısında darmadağın edəcəyəm. Onların üstünə fəlakət gətirəcəyəm, qızğın qəzəbimi tökəcəyəm, — bəyan edir Yehova, — dallarınca qılınc göndərib hamısını qıracağam». 38  «Elamda taxtımı quracağam,+ oradan padşahı da, əyanları da yox edəcəyəm», — bəyan edir Yehova. 39  «Amma zamanın sonunda Elamdan sürgünə gedənləri toplayacağam», — bəyan edir Yehova.

Haşiyələr

Digər variant: döyüş nərəsi.
Hərfən: çürüdü.