Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 48:1—47

MÜNDƏRİCAT

  • Muaba qarşı peyğəmbərlik (1—47)

48  Muab+ barədə İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: «Vay olsun Nəbanın+ halına! O məhv edilib. Kiryataim+ rüsvay olub, zəbt edilib. Sığınacaq xəcil olub, darmadağın edilib.+   Artıq Muabı mədh etmirlər. Həşbunda+ onun süqutu üçün tədbir tökürlər: “Gəlin bir xalq kimi onun kökünü kəsək”. Sən də, ey Madmin, sus, Qılınc səni təqib edir.   Hornaimdən fəryad qopur,+ Səs gəlir, ora uçub-dağılır.   Muab tar-mar olub. Körpələri ağlayır.   Ağlaya-ağlaya Luhit yoxuşunu qalxırlar. Hornaim enişində fəlakətə görə vay-şivən səsi eşidirlər.+   Qaçın, canınızı qurtarın. Səhradakı ardıc ağacı kimi olun.   Qazandığın uğurlara, xəzinələrinə güvəndiyin üçün Sən də ələ keçəcəksən. Kəmuş+ əsir gedəcək, Kahinləri ilə, əsilzadələri ilə.   Bütün şəhərlərə basqınçılar gələcək, Heç bir şəhər qurtulmayacaq.+ Yehovanın dediyi kimi, dərə məhv olacaq, Düzənlik yox olacaq.   Muab üçün işarələr qoyun, Çünki məhv olanda qaçacaq. Onun şəhərləri dəhşətli hala düşəcək, Sakinsiz qalacaq.+ 10  Yehovanın işini başdansovdu görənə lənət olsun! Qılıncını çəkib qan tökməyənə lənət olsun! 11  Muabilər gəncliyindən qayğısız yaşayır, Xıltı çökən şərab kimidirlər. Onları bir qabdan başqa qaba boşaltmayıblar, Onlar heç vaxt sürgünə getməyiblər. Ona görə də onların dadı dəyişməyib, Ətirləri getməyib. 12  “Ona görə də gün gələcək, onları aşırmaq üçün adamlar göndərəcəyəm. Onları aşırıb qablarını boşaldacaqlar. Onların küplərini çilik-çilik edəcəklər, — bəyan edir Yehova. — 13  İsraillilər güvəndikləri Beytelə görə utandıqları kimi,+ muabilər də Kəmuşa görə utanacaqlar. 14  Nə cürətlə deyirsiniz: “Biz döyüşə hazır igidlərik”?+ 15  “Muab məhv oldu, Şəhərlərinə soxuldular.+ Say-seçmə cavanları qətl edildi”.+ Adı ordular Allahı Yehova olan Hökmdar+ belə bəyan edir. 16  Tezliklə muabilərin üstünə fəlakət gələcək, Süqutları sürətlə yaxınlaşır.+ 17  Onların ətrafında olanlar, Adını bilənlər onlara acıyacaq. Onlara deyin: “Qüdrətli dəyənək, gözəllik əsası necə də sındı!” 18  Ey Dibunda+ sakin olan qız, öz calalınla vidalaş, Susuzluqdan yana-yana otur*. Muabı dağıdan sənin də üstünə gəlib. O, sənin qalalarını yerlə yeksan edəcək.+ 19  Ey Aruir+ sakini, yol kənarında durub bax. Qaçan kişidən, canını qurtaran qadından soruş nə baş verib. 20  Muab rüsvay olub, dəhşət içindədir. Nalə çək, fəğan et. Muabın məhv olduğunu Ərnunda+ car çəkin! 21  Düzənliyin hökmü çatıb,+ Hüluna, Yahasa+, Mehpata+, 22  Dibuna+, Nəbaya+, Beyt-Diblətayimə, 23  Kiryataimə+, Beyt-Qamula, Beyt-Məuna+, 24  Kiryuta+, Bozraha, Muabın bütün yaxın-uzaq şəhərlərinə qarşı hökm icra olunur. 25  “Muabın buynuzu* qırıldı, Qolu sındı, — bəyan edir Yehova. 26  Onu sərxoş edin,+ çünki o, Yehovanın qarşısında qürurlanmışdı.+ Muab öz qusuntusunda ağnayır. Onu məsxərəyə qoyurlar. 27  Sən də İsraili məsxərəyə qoyurdun.+ Məgər o, oğrular arasında tutulmuşdu ki, Başını bulayıb onun əleyhinə danışırdın? 28  Ey Muab sakinləri, şəhərlərdən çıxıb qayada yaşayın, Dərə yamaclarında yuva quran göyərçin kimi olun”». 29  «Muabın qürurunun sorağı bizə çatıb. Çox təkəbbürlüdür. Onun təşəxxüsü, qüruru, təkəbbürü, ürəyinin məğrurluğu haqda eşitmişik».+ 30  «Onun qəzəbindən xəbərim var, — bəyan edir Yehova. Lovğa-lovğa danışmağından bir şey çıxmayacaq. Onların əlindən heç nə gəlməyəcək. 31  Ona görə də Muab üçün nalə çəkəcəyəm. Bütün Muab üçün fəryad edəcəyəm. Gir-Harəs üçün inləyəcəyəm.+ 32  Ey Sibmah+ meynəsi, Yazirdən+ çox Sənin üçün ağlayacağam. Sənin pöhrələrin dənizi keçib. Onlar dənizə, Yazirə çatıb. Yay meyvələrinin, üzüm məhsulunun Üstünə qarətçi cumub.+ 33  Bağlardan, Muab diyarından Sevinc, şənlik səsi kəsilib.+ Üzümsıxandan axan şərabı kəsmişəm. Heç kim sevinc harayı ilə üzüm tapdalamayacaq, Gələn səda sevinc sədası olmayacaq».+ 34  «Həşbundan+ qopan fəryad İlala çatır.+ Onların səsi Yahasa+ yetişir, Sohardan Hornaimə+, Eqlat-Şəlişyaya çatır. Nimrim suları da qupquru quruyacaq.+ 35  Muabda səcdəgahda təqdimə gətirən, Öz allahına qurban təqdim edən Hər kəsi məhv edəcəyəm, — bəyan edir Yehova. 36  Muab üçün ürəyim ney kimi inləyəcək,+ Gir-Harəs sakinləri üçün qəlbim ney kimi nalə çəkəcək. Çünki yığdığı var-dövlət yox olacaq. 37  Hamının başı keçəldir,+ Hamının saqqalı qırxılıb. Əlləri kəsik-kəsikdir,+ Bellərinə çul sarıyıblar».+ 38  «Muab damlarında, Meydanlarında Vay-şivən qopur. Çünki Mən Muabı Lazımsız küp kimi sındırmışam, — bəyan edir Yehova. 39  O, dəhşət içindədir! Nalə çəkin! Muab rüsvayçılıq içində geri çəkilib! Hamı Muabı məsxərəyə qoyur, Yan-yörəsindəkilər ona baxıb dəhşətə gəlir». 40  «Yehova belə deyir: “Aşağı şığıyan qartal kimi,+ O, qanadlarını Muab üzərində gərəcək.+ 41  Şəhərlər işğal ediləcək, Qalaları ələ keçəcək. O gün Muab döyüşçülərinin ürəyi Doğuş üstə olan qadının ürəyi kimi olacaq”». 42  «Muab bir xalq kimi yox olacaq,+ Çünki Yehovanın qarşısında qürurlandı.+ 43  Ey Muab sakini, Qarşında dəhşət, çala, tələ var, — bəyan edir Yehova. 44  Dəhşətdən qaçan çalaya düşəcək, Çaladan çıxan tələyə düşəcək. Çünki Mən Muab üçün cəza ilini gətirəcəyəm, — bəyan edir Yehova. 45  Qaçanlar Həşbunun kölgəsində taqətsiz durublar. Çünki Həşbundan od, Sihundan+ alov çıxacaq. Muabın alnını, Vəhşi döyüşçülərin kəlləsini yandıracaq.+ 46  Vay sənin halına, ey Muab! Kəmuşun+ xalqı qırıldı. Oğulların əsir getdi, Qızların sürgün olundu.+ 47  Amma Mən zamanın sonunda Muabdan sürgünə gedənləri toplayacağam, — bəyan edir Yehova. Muab haqda hökm xəbəri burada bitir».+

Haşiyələr

Digər variant: quru torpaqda otur.
Yaxud qüdrəti.