Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 47:1—7

MÜNDƏRİCAT

  • Filiştlilərə qarşı peyğəmbərlik (1—7)

47  Firon Qəzzəni məğlub etməzdən qabaq Ərəmya peyğəmbərə Yehovadan filiştlilərlə* bağlı söz nazil oldu.+  Yehova belə deyir: «Budur, şimaldan sular gəlir, Onlar sel olub daşacaq, Ölkənin, oradakı hər şeyin, Şəhərin, sakinlərinin üstünə gələcək. Camaat fəryad edəcək, Ölkədə yaşayan hər kəs nalə çəkəcək.   Ayğırların yeri döyən dırnaq səsindən, Cəng arabalarının gurultusundan, Təkərlərin cırıltısından Ataların ürəyi yerindən qopacaq, Dönüb arxada qalan oğullarına baxmayacaqlar.   O gün filiştlilər məhv olacaq,+ Sur+ və Sidon+ müttəfiqlərindən məhrum ediləcək. Çünki Yehova Kəftur*+ adasından köçən filiştlilərdən Sağ qalanları qıracaq.   Qəzzə keçəl olacaq*. Aşkelon sükuta qərq olub.+ Ey sizlər, onların dərəsində sağ qalanlar, Nə vaxtadək özünüzə yara vuracaqsınız?+   Ah, Yehovanın qılıncı,+ Nə vaxtadək sakitləşməyəcəksən? Qınına qayıt, Dayan, sakitləş.   Yehova əmr veribsə, Necə sakit ola bilər? O, qılıncı Aşkelona, Dəniz sahilinə tuşlayıb».+

Haşiyələr

Bəzi mənbələrə əsasən, filistimlilər.
Yəni Krit.
Yəni qəzzəlilər yas və xəcalət içində olduqları üçün başlarını qırxacaqlar.