Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 42:1—22

MÜNDƏRİCAT

  • Xalqın Ərəmyadan xahişi (1—6)

  • Yehova deyir: «Misirə getməyin» (7—22)

42  Sonra sərkərdələr, Qəryah oğlu Yuhənna+, Huşiyyə oğlu Əzniyyə və böyükdən-kiçiyə kimi bütün xalq  Ərəmya peyğəmbərin yanına gəlib yalvardı: «Nə olar, xahişimizi dinlə, bizdən ötrü, yerdə qalan camaatdan ötrü Allahın Yehovaya dua et. Özün də görürsən ki, o boyda camaatdan nə qədər adam qalıb.+  Qoy Allahın Yehova bizə desin, hara gedək, nə edək».  Ərəmya peyğəmbər onlara dedi: «Yaxşı, sizin xahişinizi yerinə yetirib Allahınız Yehovaya dua edəcəyəm. Yehova nə cavab versə, sizə bildirəcəyəm. Sizdən heç nə gizlətməyəcəyəm».  Onlar dedilər: «Doğru şahid kimi Yehovanı şahid tuturuq. Əgər sənin vasitənlə verdiyi əmri olduğu kimi yerinə yetirməsək, qoy O, cəzamızı versin.  Səni hüzuruna göndərdiyimiz Allahımız Yehovanın sözü ürəyimizcə olsa da, olmasa da, ona itaət edəcəyik. Çünki Allahımız Yehovanın sözünə itaət etsək, xeyir tapacağıq».  Bundan on gün sonra Ərəmyaya Yehovanın sözü nazil oldu.  Ərəmya Qəryah oğlu Yuhənnanı, yanındakı sərkərdələri və böyükdən-kiçiyə kimi bütün xalqı topladı.+  Onlara dedi: «Diləklərinizi çatdırmaq üçün məni hüzuruna göndərdiyiniz İsrailin Allahı Yehovanın sözü budur: 10  “Əgər siz bu ölkədə qalsanız, sizi dirçəldəcəyəm, yıxmayacağam, əkəcəyəm, qoparmayacağam. Çünki üstünüzə gətirdiyim fəlakətə görə təəssüflənəcəyəm.+ 11  Babil padşahından qorxursunuz, amma qorxmayın”.+ Yehova bəyan edir: “Ondan qorxmayın, Mən sizinləyəm, sizi xilas edəcəyəm, onun əlindən qurtaracağam. 12  Sizə rəhm edəcəyəm,+ onun da sizə rəhmi gələcək və sizi öz yurdunuza qaytaracaq. 13  Amma əgər Allahınız Yehovanın sözünə qulaq asmayıb “bu ölkədə qalmayacağıq!” desəniz, 14  “biz Misirə gedəcəyik, orada müharibə görməyəcəyik,+ şeypur səsi eşitməyəcəyik, çörəyə möhtac olmayacağıq, orada yaşayacağıq” desəniz, 15  onda, ey sağ qalan yəhudalılar, görün Yehova nə deyir. İsrailin Allahı, ordular Allahı Yehovanın sözü budur: “Əgər Misirə getməyə qərarlısınızsa və yaşamaq üçün ora gedirsinizsə, 16  onda qorxduğunuz qılınc sizi Misirdə yaxalayacaq, qorxduğunuz aclıq dalınızca düşüb Misirə gələcək. Orada öləcəksiniz.+ 17  Misirə getməyə, orada yaşamağa qərar verən hər kəs orada qılıncdan, aclıqdan, mərəzdən öləcək. Heç biri üstlərinə gətirəcəyim bəladan yaxa qurtara bilməyəcək, sağ qalmayacaq”. 18  İsrailin Allahı, ordular Allahı Yehovanın sözü budur: “Necə ki qeyz-qəzəbimi Yerusəlim sakinlərinin üstünə tökdüm,+ Misirə getsəniz, sizin də üstünüzə tökəcəyəm, siz dəhşətli hala düşəcəksiniz, lənətlənəcəksiniz, qarğış yiyəsi olacaqsınız, sizi təhqir edəcəklər.+ Bir də bu diyarı görməyəcəksiniz”. 19  Ey sağ qalan yəhudalılar, Yehova sizə bunları dedi. Misirə getməyin. Bunu bilin, mən sizə bu gün xəbərdarlıq etdim, 20  səhviniz sizə həyatınız bahasına başa gələcək. Çünki siz məni Allahınız Yehovanın hüzuruna göndərib dediniz: “Bizdən ötrü Allahımız Yehovaya dua et. Allahımız Yehova nə desə, bizə bildir, Onun hər sözünə əməl edəcəyik”.+ 21  Bu gün sizə Onun sözlərini çatdırdım. Amma siz Allahınız Yehovanın sözünə qulaq asan deyilsiniz, mənim vasitəmlə Onun buyurduğu heç bir sözə əməl etməyəcəksiniz.+ 22  Buna görə də bilin ki, yaşamağa getmək istədiyiniz yerdə qılıncdan, aclıqdan, mərəzdən öləcəksiniz».+

Haşiyələr