Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 38:1—28

MÜNDƏRİCAT

  • Ərəmya quyuya atılır (1—6)

  • Əbədməlik Ərəmyanı xilas edir (7—13)

  • Sidqiyyə təslim olmalıdır 14—28)

38  Mattan oğlu Şəfətay, Fəşhur oğlu Qədali, Şələmya oğlu Yuqal+ və Məlkiyyə oğlu Fəşhur+ Ərəmyanın xalqa dediyi bu sözləri eşitdi:  «Yehova belə deyir: “Bu şəhərdə qalanlar qılıncdan, aclıqdan və azardan öləcək.+ Amma kim kəldanilərə təslim olsa, sağ qalacaq, canı onun üçün qənimət olacaq”.+  Yehova belə deyir: “Bu şəhər Babil padşahının ordusuna təslim olacaq. O, şəhəri istila edəcək”».+  Əyanlar padşaha dedilər: «Qoy bu adam öldürülsün.+ O, bu sözlərlə şəhərdə qalan döyüşçüləri, habelə xalqı ruhdan salır. O, xalqa əmin-amanlıq yox, bəla arzulayır».  Sidqiyyə padşah dedi: «O sizin ixtiyarınızdadır. Padşah sizə mane ola bilməz».  Onda onlar Ərəmyanı şahzadə Məlkiyyənin Keşikçi həyətindəki quyusuna atdılar.+ Ərəmyanı ora kəndirlə salladılar. Quyuda su yox idi, quyu lil idi. Ərəmya lilə batmağa başladı.  Sarayda məmur olan həbəş Əbədməlik+ Ərəmyanın quyuya atılmasından xəbər tutdu. Bu vaxt padşah Binyamin darvazasında oturmuşdu.+  Əbədməlik saraya gedib padşaha dedi:  «Ey ağam padşah, bu adamlar Ərəmya peyğəmbərə yamanlıq ediblər. Onu quyuya atıblar, o, orada acından öləcək, çünki şəhərdə çörək qalmayıb».+ 10  Onda padşah həbəş Əbədməlikə əmr edib dedi: «Özünlə buradan otuz nəfər götür, nə qədər ki ölməyib, Ərəmya peyğəmbəri quyudan çıxart». 11  Əbədməlik özü ilə adamlar götürüb saraya, xəzinənin+ altındakı otağa girib oradan cır-cındır, əsgi götürdü və kəndirlə quyuya, Ərəmyanın yanına salladı. 12  Həbəş Əbədməlik Ərəmyaya dedi: «Cır-cındırı, əsgiləri kəndirin üstünə qoyub qoltuqlarının altına keçir». Ərəmya belə də etdi. 13  Onu kəndirlə çəkib quyudan çıxardılar. Ərəmya Keşikçi həyətində qaldı.+ 14  Sidqiyyə padşah Ərəmya peyğəmbəri yanına, Yehovanın evindəki üçüncü girişə çağırtdırdı. Padşah Ərəmyaya dedi: «Səndən bir söz soruşmaq istəyirəm. Məndən heç nə gizlətmə». 15  Ərəmya Sidqiyyəyə dedi: «Desəm, məni öldürəcəksən. Məsləhət versəm, qulaq asmayacaqsan». 16  Onda Sidqiyyə padşah gizlicə Ərəmyaya and içib dedi: «Bu canı bizə verən Yehovaya and olsun, səni öldürməyəcəyəm, canının qəsdinə duran bu adamların əlinə verməyəcəyəm». 17  Onda Ərəmya Sidqiyyəyə dedi: «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Əgər Babil padşahının əyanlarına təslim olsan, canını qurtaracaqsan və bu şəhərə od vurulmayacaq. Sən də, sənin ev əhlin də sağ qalacaq.+ 18  Yox əgər Babil padşahının əyanlarına təslim olmasan, bu şəhər kəldanilərin əlinə keçəcək, onlar şəhərə od vuracaq.+ Sən özün də onların əlindən qurtula bilməyəcəksən”».+ 19  Onda Sidqiyyə padşah Ərəmyaya dedi: «Kəldanilərin tərəfinə keçən yəhudilərdən qorxuram. Birdən məni onların ixtiyarına verərlər, onlar da mənə divan tutarlar». 20  Amma Ərəmya dedi: «Səni onların ixtiyarına verməyəcəklər. Nə olar, dediyimə qulaq as, Yehovanın sözlərinə tabe ol. Onda xeyir taparsan, sağ qalarsan. 21  Təslim olmasan, gör başına nə gələcək. Yehova mənə bunu əyan edib: 22  Budur, Yəhuda padşahının sarayında qalan qadınları götürüb Babil padşahının əyanlarının+ yanına aparırlar. Qadınlar belə deyir: “Dost bildiyin adamlar səni aldatdı, səni məğlub etdi.+ Onlar səni bataqlığa saldılar, Özləri isə geri çəkilib qaçdılar”. 23  Bütün arvadların, oğulların kəldanilərə təslim ediləcək, sən özün də onların əlindən qurtula bilməyəcəksən. Babil padşahı səni tutacaq.+ Sənə görə bu şəhərə od vurub yandıracaqlar».+ 24  Sidqiyyə Ərəmyaya dedi: «Heç kimin bu söhbətdən xəbəri olmasın, yoxsa ölərsən. 25  İşdir, əyanlar səninlə danışdığımdan xəbər tutub yanına gəlsələr, sənə: “Söylə bizə, padşaha nə dedin? Padşah sənə nə dedi? Heç nəyi gizlətmə, yoxsa səni öldürərik”,+ — desə, 26  onlara söyləyərsən: “Padşaha yalvarırdım ki, məni Yəhunatanın evinə qaytarmasın, orada ölməyim”».+ 27  Üstündən bir qədər keçəndən sonra əyanlar Ərəmyanın yanına gəlib onu sorğu-suala tutdular. O, onlara padşahın əmr etdiyi kimi cavab verdi. Onlar daha Ərəmyaya heç nə demədilər, çünki o söhbəti heç kim eşitməmişdi. 28  Yerusəlimin zəbt olunduğu günədək Ərəmya Keşikçi həyətində qaldı.+ Yerusəlim zəbt olunan vaxt+ o, hələ də orada idi.

Haşiyələr