Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 37:1—21

MÜNDƏRİCAT

  • Kəldanilər müvəqqəti geri çəkilir (1—10)

  • Ərəmya zindana salınır (11—16)

  • Sidqiyyənin Ərəmya ilə görüşü (17—21)

    • Ərəmya çörəklə təmin olunur (21)

37  Yəhyakim oğlu Künyahın+ yerinə Yuşiyyə oğlu Sidqiyyə+ hakimiyyətə gəldi. Onu Babil padşahı Navuxodonosor Yəhuda torpağına padşah qoymuşdu.+  Amma nə o, nə xidmətçiləri, nə də ölkə xalqı Yehovanın Ərəmya peyğəmbər vasitəsilə dediyi sözlərə qulaq asmırdı.  Sidqiyyə padşah Şələmya oğlu Yəhuqalı+, kahin Məseyyə oğlu Səfənyanı+ Ərəmya peyğəmbərin yanına göndərib ondan xahiş etdi: «Bizdən ötrü Allahımız Yehovaya dua et».  O zaman Ərəmya camaatın içində sərbəst gəzib-dolaşırdı, hələ zindana salınmamışdı.+  Bu vaxt fironun ordusu Misirdən yola düşmüşdü.+ Yerusəlimi mühasirəyə alan kəldanilər də bu xəbəri eşidib geri çəkilmişdilər.+  Ərəmya peyğəmbərə Yehovanın sözü nazil oldu:  «İsrailin Allahı Yehova belə deyir: “Mənə müraciət etmək üçün sizi Mənim yanıma göndərən Yəhuda padşahına söyləyin: “Sizə köməyə gələn fironun ordusu öz ölkəsinə, Misirə qayıtmalı olacaq.+  Kəldanilər isə geri qayıdıb bu şəhərə qarşı döyüşəcək. Şəhəri istila edib yandıracaq”.+  Yehova belə deyir: “Kəldanilər çıxıb gedəcək” deyib özünüzü aldatmayın. Onlar çıxıb getməyəcəklər. 10  Hətta sizinlə döyüşən kəldanilərin bütün qoşunlarını darmadağın etsəniz, təkcə yaralılar qalsa belə, yenə də onlar çadırlarından çıxıb bu şəhəri yandıracaq”».+ 11  Kəldanilərin ordusu fironun qoşunlarına görə Yerusəlimdən geri çəkiləndə+ 12  Ərəmya öz xalqı arasında payını almaq üçün Yerusəlimdən Binyamin torpağına yola düşdü.+ 13  Amma Binyamin darvazasına çatanda keşikçibaşı Hənaniyyə oğlu Şələmyanın oğlu İryah Ərəmya peyğəmbəri tutub dedi: «Sən kəldanilərin tərəfinə keçmək istəyirsən». 14  Ərəmya dedi: «Yalandır. Mən kəldanilərin tərəfinə keçmirəm!» Amma İryah Ərəmyaya qulaq asmadı, onu tutub əyanların yanına gətirdi. 15  Əyanlar qəzəblənib Ərəmyanı döydülər+ və katib Yəhunatanın evində dustaq etdilər.+ Çünki o evi zindan etmişdilər. 16  Ərəmyanı zindandakı hücrələrdən birinə saldılar. O, uzun müddət orada qaldı. 17  Sonra Sidqiyyə padşah onun dalınca adam göndərdi. Padşah sarayda xəlvətdə onu sorğu-suala tutdu.+ Ondan soruşdu: «Yehovadan sənə bir söz nazil olub?» Ərəmya: «Olub! — deyə cavab verdi və ardınca dedi, — sən Babil padşahına təslim ediləcəksən!»+ 18  Sonra Ərəmya Sidqiyyə padşaha dedi: «Sənə, xidmətçilərinə, bu xalqa qarşı nə günah iş tutmuşam ki, məni zindana salmısınız? 19  “Babil padşahı sizin, bu ölkənin üstünə gəlməyəcək” deyən peyğəmbərləriniz indi haradadır?+ 20  Ey padşah, rica edirəm, mənə qulaq as. Nə olar, diləyimi yerinə yetir. Məni katib Yəhunatanın evinə geri qaytarma,+ qoyma orada ölüm».+ 21  Onda Sidqiyyə padşah əmr etdi ki, Ərəmyanı Keşikçi həyətində həbsdə saxlasınlar.+ Şəhərdə çörək qurtaranacan+ ona hər gün çörəkçilər həyətindən bir kömbə çörək gətirirdilər.+ Beləliklə, Ərəmya Keşikçi həyətində qaldı.

Haşiyələr